Ellada Məmmədli: "Arif Hacılının başqan seçimi kimin projesi olduğunu ictimaiyyət görəcək"
"Əslində burada ADR-lik heç nə yoxdur. Müsavat Partiyasına illərini vermiş fədakar, mübariz müsavatçıların özləri Ədliyyə Nazirliyinə müraciət etmişdilər". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli bir qrup müsavatçının Müsavat Partiyasının VIII Qrultayının nəticələrinin və protokol məlumatlarının saxtalaşdırılması və qeydə alınmış nəticələrin ləğv edilməsi tələbi ilə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə etdikləri müraciətə verilən cavaba münasibətini bildirərkən deyib.
ADR-nin sədr müavini həmçinin qeyd edib ki, müraciət edənlərin arasında hazırda Müsavat Partiyasının üzvü olanlarla yanaşı, Arif Hacılının sifarişi ilə partiyadan uzaqlaşdırılan adamlar da var idi.Ellada Məmmədli bütün baş verənlərə rəğmən, Müsavatın hazırkı rəhbərliyi ilə sona qədər mübarizə aparacaqlarını da deyib. O iddia edib ki, onlar deyil, məhz Arif Hacılı və ətrafı hakimiyyətlə razılaşmaya gedib: "Mübarizəni davam etdirmək niyyətindəyik. Arif Hacılının başqan seçimi kimin projesi olduğunu ictimaiyyət özü görəcək".
sia.az