PDF Oxu

Müxalifət

  • 1 580

Razi Nurullayevdən şok açıqlamalar!

image

"Fuad Qəhrəmanlı deyirdi ki, ayda 6 min dollar verilsə, müəyyən məsələləri edərəm"

Razi Nurullayev cəbhəçilər haqqında budəfəki açıqlamaları ilə də gündəmi zəbt edib. AXCP sədri Əli Kərimli və onun müavini Fuad Qəhrəmanlı haqqında şok məlumatlar açıqlayan R.Nurullayev bildirib ki, Əli Kərimli hazırda bizimlə apardığı qeyri-ciddi və ədalətsiz mübarizədə uduzub: "Məncə, atıq ictimaiyyət bunu görür. Əli Kərimli zamanında dəstək aldığı adamlardan dəstək ala bilmir. Biz monitorinq aparmışıq. Bizə olan media, jurnalist dəstəyi 92-93 faizdir. İnsan özünü necə yıprada bilər ki, onu ancaq "Azadlıq" qəzeti müdafiə etsin?"

R.Nurullayev Gültəkin Hacıbəylinin Əli Kərimli möhürünü verə bilər, o özü bir möhürdür, satıla bilməz!" fikrinə də münasibət bildirib: "Mən heç kimin şəxsiyyətinə yönəlik demirəm. Amma bu, bir balladadır ki, Əli Kərimli Azərbaycana siyasi satqınlığın düsturunu gətirib. Hakimiyyətdən pul almaq və paylaşmamaq ənənəsini qoyub. Bu gün Əli Kərimli bəlkə də yeganə partiya sədridir ki,paylaşmağı bacarmır.Əli Kərimli hər zaman o qədər alıb ki, ona elə gəlir, ona hər zaman nəsə verilməlidir və heç kəslə paylaşmamalıdır. Əgər siyasətçi özü nəsə alıb, hər zaman yaxşı yaşayırsa, kondisionerli maşında gəzirsə, firavan həyat tərzi keçirirsə, övladları xaricdə və bahalı məktəblərdə oxuyurlarsa, o zaman başqalarından məhrumiyyətli həyat yaşamağı tələb edə bilməz. Necə ola bilir ki, Əli Kərimli hakimiyyətin üzərinə bu qədər gedir və eyni zamanda yaxşı yaşayır? Bahalı maşını, cangüdəni var, bazarlığını edir, media orqanı var, qəhrəmanlıq edir".

"Fuadın aldığı pullardan Əli Kərimlinin də xəbəri var"

R.Nurullayev AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında da şok məlumatlar səsləndirib. O, qeyd edib ki, Fuad Qəhrəmanlı yarınmaqla məşğuldur: "Fuad Qəhrəmanlı ilə mənim söhbətim olub. O özü şəxsən mənə deyib ki, "Razi, hakimiyyətdən daha bir dayaq tapmaq lazımdır, hal-hazırda mənə verilən pul mənə bəs etmir. 6 min dollar müqabilində müəyyən məsələləri edərəm. Deyirdi ki, "artıq siyasətdə durğunluq yaranır. 2015-ci ildə seçkilərdə bizə yer verilməyəcək. Biz hakimiyyətə bir yol tapmalıyıq. Biz pul almalıyıq və sonra 2018-ci ildə Əli Kərimlini istefaya göndərə bilərik. Ondan əvvəl bunu bacarmayacağıq. Yalan detektorunda bunu deməyə, üz-üzə gəlib, bütün bu detalları açıqlamağa da hazıram. Hətta mən orda Fuada dedim ki, Fuad, sənin haqqında hakimiyyətə yol tapman barədə söhbətlər gəzir. Sən başqa hansı yoldan danışırsan? Dedi ki, mənim əlaqəm var, amma o pul mənə bəs etmir. Əli Kərimlinin də bundan xəbəri var. Belə bir ifadə işlətdi ki, əgər belə bir şey baş tutsa, yəni, ayda 6 min dollarlıq axın baş versə, bundan Əli Kərimlinin xəbəri olmasın. Çünki ona bir mənbəni deyirsən, onda sənə inam yaranır. İnam yaranandan sonra da işini gör. Əli Kərimli inansın ki, sənə nəzarət edir. O biləndə ki, sənə nəzarət edir, sənin barəndə gedib ona nəsə çatdırsalar da, heç bir faydası olmur. Çünki deyir ki, onsuz da bilirəm. Yəni Əli Kərimlinin gözündə toxunulmaz şəxs olmaq üçün nələrisə ona təqdim et, sonra gəl öz işində ol. Əsas odu, inamını qazan. Bu, Fuadın siyasətidir. Bunların hamısını açıq şəkildə deyib. Bunu necə danışmışıq? Fuad piyada gəzməyi sevir. Biz iki dəfə "Azadlıq" metrosundan "Gənclik" metrosuna qədər piyada gedib-gələndə bu haqda söhbətimiz olub".

Samir

Digər xəbərlər