PDF Oxu

Müxalifət

  • 1 812

Əli Kərimliyə daha bir istefa zərbəsi

image

Razi Nurullayev AXCP-nin Abşeron rayon şöbəsini də Əli Kərimlidən aldı

İllərdir Azərbaycanın siyasi arenasında varlığı ilə yoxluğu bilinməyən Əli Kərimlinin AXCP-si dağıla-dağıla gedir. Partiya daxilində yaranımş hərc-mərclik və qarşıdurmalar ardıcıl olaraq istefaların baş verməsinə gətirib çıxarıb. Əslində, bu istefaların baş verməsi gözləniləndir, çünki Əli Kərimlinin avtoritar idarəçiliyi artıq AXCP-nin faktiki süqutunun sübutudur.

Növbəti istefaverənlər sırasına Abşeron rayon şöbəsinin cəbhəçiləri qoşulub.

Cavid Musazadə: "Əli Kərimli və onun düşüncəsiz siyasətinin sonu belə də olmalı idi"

Bu günlərdə AXCP Abşeron şöbəsinin fəallarının keçirdiyi müşavirədə AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayevi dəstəklədiklərini və elliklə onun tərəfinə keçdiklərini bildiriblər. Cəbhəçi Cavid Musazadə bildirib ki, AXCP-də yaranmış son durum, xüsusilə də Əli Kərimli və onun düşüncəsiz siyasətinin nəticəsi belə də olmalı idi: "Əli Kərimlinin indiyə qədər apardığı mübarizənin siyasi mənada heç bir nəticəsi olmayıbsa, kor-koranə şəkildə onun yanında olmağa dəyərmi? Siyasi gələcəyi Əli Kərimli ilə qurmaq iflas deməkdir. Bu baxımdan da, Abşeron rayon şöbəsi bütünlüklə AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayevi dəstəkləyir".

Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Fəxrim Abduləzimov və digər cəbhəçilər partiyada və ölkədə baş veren siyasi proseslərdən danışıblar. Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb.

Arif Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Qafarov Ali Məclisin üzvü, Fəzail Abbasov, Nizami Babayev AXCP Etimad Qurultayına numayəndə seçiliblər.

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər. Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Bu addımların arxasında Əli Kərimlinin Qərbin qaranlıq siyasi dairələri qarşısında götürdüyü xəyanətkar öhdəçilikləri dayanır

Göründüyü kimi, bu kimi istefalar artıq davamlı xarakter almaqla yanaşı, gedənlərin bir çoxu vaxtilə sədr Əli Kərimliyə yaxınlıqları ilə seçilənlərdən olublar. Partiyadakı proseslərə nəzarət edən bu şəxslərin Razi Nurullayevin ətrafında cəmləşmələrinə daha bir səbəb isə Əli Kərimlinin AXCP-nin nizamnaməsinə zidd olan qərarlar qəbul etməsi, partiyada qruplaşmalar yaratması, həmçinin, ən yaxın adamlarının digər cəbhəçilərə qarşı sərt davranması amilləridir. Eyni zamanda, Əli Kərimlinin ölkədə keçiriləcək parlament seçkilərinin boykot olunması barədə verdiyi qərar da istefa verən cəbhəçilərin səsləndirdikləri etirazları daxilindədir. Onlar bildirirlər ki, ölkədə mövcud olan normal və demokratik ictimai-siyasi mühitdə seçkiləri boykot etməyin özü sabitliyi pozmağa yönəlmiş qərəzli addımdır və bu addımların arxasında Əli Kərimlinin Qərbin qaranlıq siyasi dairələri qarşısında götürdüyü xəyanətkar öhdəçilikləri dayanır.

Beləliklə, istefa bəyanatlarında Əli Kərimlinin partiya daxilində yaratdığı özbaşınalığa, yürütdüyü ədalətsiz siyasətə etiraz etdikləri üçün bu addımı atdıqlarını bildirən cəbhəçilər bundan sonra real AXCP kimi Əli Kərimlinin sədri olduğu partiyanı deyil, yaxın zamanlarda təsis ediləcək və sədri Razi Nurullayev olacaq AXCP-ni tanıyacaqlarını vurğulayıblar. İstefa verənlər istisna etmirlər ki, yaxın günlərdə Əli Kərimlinin ətrafından daha bir neçə qopmalar olacaq ki, bundan sonra AXCP-nin partiya kimi fəaliyyəti tamamilə iflic duruma düşəcək. Kərimlinin uzağı beş-altı nəfər yaxını ilə partiyanı ayaqda saxlaya bilməyəcəyini deyən istefaçılar iddia edirlər ki, onlar yeni AXCP-ni təsis və bərpa etdikdən sonra AXC-nin mərhum lideri Elçibəyə sadiq olanları öz ətraflarına toplayacaqlar. Əli Kərimli və ətrafında olanlar isə, hətta müraciət etsələr belə, rədd cavablı veriləcək. Buna səbəb kimi isə Kərimlinin uzun illər liderinə qarşı xəyanətlər etməsi, partiyanı ələ keçirməsi və orada avtoritar rejim qurması göstərilir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər