PDF Oxu

Müxalifət

  • 1 941

Əli Kərimli üçün AXCP bitmişdir...

image

AXCP-çilər partiyanı Ə.Kərimli kimi insanların inhisarından çıxarılmaq üçün hərəkətə keçiblər

Son vaxtlar AXCP-də Əli Kərimlinin sonunu gətirən hadisələrin cərəyan etdiyinin şahidiyik. Aydın şəkildə görünür ki, AXCP-çilər partiyanı Ə.Kərimli kimi insanların inhisarından çıxarmaq üçün hərəkətə keçiblər. Bu da, əlbəttə ki, özünü total istefalar və əks-qruplaşmaların formalaşması fonunda göstərir. Elə ötən gün AXCP Suraxanı rayon şöbəsinin konfransının keçirilməsi və konfransda Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Cavid Musazadə Əli Kərimlinin rəhbərliyi ilə bir qrup avtoritar təfəkkürlü insanın partiyanı uçuruma apardığını bildirməsi söylədiklərimizə əyani sübutdur. C.Musazadə qeyd edib ki, AXCP Ə.Kərimli kimi insanların inhisarından çıxarılmalıdır. AXCP EQTK-nin sədri Razi Nurullayev da çıxış edərək Ə.Kərimlinin apardığı siyasətin AXCP-ni məhvə sürüklədiyini gətirdiyini bildirib. O, qeyd edib ki, Ə.Kərimli illərdir apardığı uğursuz siyasətə görə istefa verməli, sədrlikdən getməlidir.

Qeyd edək ki, Əli Kərimlinin avtoritar idarəetmə rejiminə, söz, fikir azadlığının boğulmasına etiraz edərək AXCP-dən istefa verənlər, zorla uzaqlaşdırılanlar və keçmiş hərəkatçılar Razi Nurullayevin rəhbərliyi ilə bir araya gələrək konfrans keçirərək təşkilatlanırlar. Bir müddət bundan əvvəl də AXCP Sumqayıt şəhər təşkilatının konfransı olmuşdur. Bu konfransda AXCP rəhbərliyindən Səbuhi Əliyev və Ehtiram Mehdiyev iştirak ediblər. Konfrans iştirakçıları partiyada yaranan qruplaşmalar, dözümsüzlük və Əli Kərimlinin öz şəxsiyyəti ətrafında yaratdığı bütləşməni də kəskin şəkildə tənqid ediblər. İstefa verərək AXCP-dən uzaqlaşanlar qeyd ediblər ki, Ə.Kərimlinin hüquqi və mənəvi cəhətdən bu təşkilata rəhbərlik etməyə haqqı yoxdur. Onlar bildiriblər ki, Ə.Kərimli "Yurd"çuların dəstəyi ilə hələ mərhum Ə.Elçibəyin ömrünün son vaxtlarından başlayaraq AXCP-ni dağıtmaq üçün min bir fırıldaqdan şıxıb. İkincisi, Ə.Kərimli ən çirkin üsul və metodlardan istifadə edərək nəzarətində olan media qurumlarında "Ə.Elçibəy artıq siyasi meyitdir" yazdıraraq öz liderinin əleyhinə alcaqcasına təbliğat aparıb. Məhz buna görə belə bir "siyasətçi"nin AXCP-yə rəhbərlik etməsi mümkün deyil. Digər tərəfdən də belə iyrənc "sədr"in yanında yer almaq elə onun əməllərinə şərik olmaq deməkdir.

Bir müddət bundan əvvəl AXCP-nin Nərimanov rayon şöbəsinin "Vahid Azərbaycan" dayaq dəstəsinin 9 nəfər üzvü Əli Kərimlinin yürütdüyü siyasətə etiraz olaraq R.Nurullayevin sədrlik etdiyi Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulduqlarını bəyan etmişdilər. Nərimanov rayon şöbəsinin sədr müavini Şirvani Qasımov, məclis üzvü Nizami Qasımov, məclis üzvü Xətai Qasımov, Cahangir Tağıyev, Əfsun Bayramov, Samir Məmmədov, Dilsuz Nəbiyev və Emin Quliyev yaydıqları bəyanatda Əli Kərimlinin partiya daxilində yaratdığı avtoritarizm əvə özbaşınalığa etiraz etdiklərini bildirmişdilər. Nərimanov rayon təşkilatından istefa verənlər bundan sonra fəaliyyətlərini Razi Nurullayevin rəhbərliyi altında davam etdirəcəklərini bildirmişdilər.

Beləliklə də, Əli Kərimlinin inhisarında saxladığı AXCP-nin tezliklə dağılaraq siyasi səhnədən silinməsi uzaq görünmür. İstefa dalğasının atrması isə bir daha sübut edir ki, Ə.Kərimli prosesin qarşısını ala bilməyəcək.

Samir

Digər xəbərlər