PDF Oxu

Müxalifət

  • 1 788

Əli Kərimli Cəmil Həsənliyə seçkiyə qatılmağı qadağan etdi

image

Bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində müxalif partiyaların fəaliyyətsizliyi və hələ də, namizədlərini müəyyənləşdirə bilməmələri siyasi kluarlarda ironiya ilə qarşılanan məqamlardandır. Xüsusilə də, "Milli Şura" deyilən qondarma qurum daxilində baş verən seçki ixtilafları müxalif təmsilçilərinin məğlubiyyətə uğrayacağından xəbər verir. Diqqətçəkən məqam odur ki, məğlubiyyətini indidən dərk edən Cəmil Həsənlinin parlament seçkilərinə qatılmayacağını bəyan etməsidir. Bəzi ekspertlər bunu C.Həsənlinin özünə olan inamsızlığı və Əli Kərimlinin ona seçkiyə qatılmaq qadağası qoyması ilə əlaqələndirirlər.

"Yurddaş" partiyasının sədri Mais Səfərli də "Səs" qəzetinə açıqlamasında Cəmil Həsənli parlament seçkilərinə qatılmamasını özünə olan inamsızlığı ilə əlaqələndirdi: "Cəmil Həsənli çox gözəl bilir ki, parlament seçkilərində çox böyük uğursuzluğa dücar olacaqdır. Ona görə də, o öz namizədliyini vermir. Eyni zamanda, Cəmil Həsənli onu da başa düşür ki, onun iqtidara qarayaxma fəaliyyəti onu birmənalı şəkildə cəmiyyətin gözündən salıb. Cəmiyyət onu qəbul etmir".

"Cəmil Həsənlinin seçki prosesində iştirakdan imtina etməsi həm də Əli Kərimlinin ona qadağa qoyması kimi başa düşmək olarmı" sualına cavab olaraq partiya sədri bildirdi ki, müxalifət hər zaman ölkədə seçki keçirilən zaman çalışıb ki, yersiz hərəkətləri ilə özlərini reklam etsinlər: "Xüsusi olaraq da, xarici maraqlı dairələrə. Hər vəchlə çalışrlar ki, keçirilən seçkilərə kölgə salsınlar. Demək olar ki, müxalifət bu cür anormal hərəkətləri ilə öz uğursuzluğlarını və parlament seçkilərində məğlub olacaqlarını ört-bastır etmək üçün bu cür bəyanatlar verirlər. Bu baxımdan, Cəmil Həsənlinin seçki prosesində iştirakdan imtina etməsini Əli Kərimlinin ona təsir etməsi ilə əlaqələndirmək olar". Partiya sədi onu da bildirdi ki, uzun illərdir ki, bir sıra qüvvələr müxalifətçilik edir: "Bu illər ərzində də sözügedən qüvvələr, bir çox müxtəlif birliklər yaratmağa cəhdlər göstəriblər. Amma bu birliklərin heç biri uzunömürlü olmayıb. Bundan sonra onların yeni bir müxalifət birliyi yaratmaq ideyası baş tutamayıb və bundan sonra tutan da deyil. Çünki müxalifət partiyalarının öz aralarında çox ciddi ziddiyyətlər var. Həm ideoloji, həm də orada olan liderlərin şəxsi iddalarından irəli gələn ziddiyyətlər mövcuddur. Bu baxımdan, bu ziddiyyətlər müxalifəti birləşməyə qoymayıb və qoymayacaq da. Çünki müxalifət düşərgəsini təmsil edən şəxslər əvvəldən müxalifətin təməlini düzgün qoymayıb. Ona görə də, heç vaxt müxalifətin təməli möhkəm olmayacaq və parçalanmalar davamlı xarakter daşıyacaq".

GÜLYANƏ

Digər xəbərlər