PDF Oxu

Müxalifət

  • 3 841

Gözəl Bayramlı və Nurəddin Məmmədli AXCP-dən gedir

image

Partiyanın qurultaydan sonra tamamilə çökməsi faktoru gündəmə gəlib

Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayının vaxtı bəlli olsa da, qurultayda şok istefaların baş tutacağı barədə informasiyalar artıq mətbuatda yer almağa başlayıb. Belə ki, artıq Cəbhənin daxilində mövcud olan qruplaşmalar da istisna etmirlər ki, sentyabrın 27-nə planlaşdırılan qurultaydan sonra partiyadan səsli-küylü istefalar baş qaldıracaq.

Əli Kərimli ona zərbə kimi vurulacaq bənzərsiz sürprizlə qarşı-qarşıya qalmalı olacaq

Xüsusilə, partiyanın iki sədr müavininin birdən (!-R.R.) təşkilatı tərk edəcəkləri barədə yayılan xəbərlərdən sonra planlaşdırılan qurultayın dəqiq vaxtı müəyyən edilməyib. Yəni qurultayın keçirilməsi 27 sentyabr gününə planlaşdırılsa da, tam dəqiq zaman qeyri-müəyyən olaraq qalmaqda davam edir. Qeyri-müəyyənliyin isə məhz iki aparıcı funksionerin getmələri ətrafında yaranmış mövcud vəziyyətlə əlaqəli olduğu şübhə doğurmur.

Əli Kərimli və onun yaxın tərəfdarları, xüsusilə Fuad Qəhrəmanlı üçün də baş verəcək gözlənilməz istefalar partiyada olan-qalan tərəflərin də AXCP sədrindən imtina etməsi ilə nəticəsini tapa bilər. Xüsusilə, bir müddət öncə Cəbhənin seçilən fiqurlarının oranı kəskin bəyanatlar yayaraq tərk etmələri, daha sonradan, partiyanın rayon şöbələrinin bütövlükdə Razi Nurullayevin yaratmaqda olduğu növbəti AXCP-yə transfer olmalarından sonra Əli Kərimli ona zərbə kimi vurulacaq bənzərsiz sürprizlə qarşı-qarşıya qalmalı olacaq.

Bu arada Razi Nurullayev cinahında təmsil olunan etibarlı mənbənin saytımıza bildirdiyinə görə, yaxın vaxtlarda Əli Kərimlinin AXCP-sində baş qaldıracaq şok istefalarda yalnız sıravi üzvləri əhatə etməyəcək. Daha dəqiq desək, Razi Nurullayevin tərəfinə keçənlər arasında Əli Kərimlinin ən yaxın silahdaşları – Gözəl Bayramlı və Nurəddin Məmmədlinin də adları hallanıır.

Əli Kərimlinin aparıcı olaraq, dörd müavini qalıb ki…

Qeyd edək ki, bir neçə gün öncə Razi Nurullayevin özü də sətiraltı mənada bildirmişdi ki, heç kəsin inanmayacağı müavinlərdən biri, yaxud da ikisi qurultay günü partiya sıralarını tərk edəcəkləri barədə bəyanat verəcəklər.

Xatırlatmaq yerinə düşərdi ki, hazırda Əli Kərimlinin aparıcı olaraq, dörd müavini qalıb ki, onlar Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Nurəddin Məmmədli və Həsən Kərimovdur. Fuad Qəhrəmanlı Əli Kərimliyə daha yaxınlığı ilə seçilir. Gözəl Bayramlı və Həsən Kərimov eyni qruplaşmada yer almalarına rəğmən, onların da bəzi hallarda sözləri üst-üstə düşmür. Bu baxımdan, Gözəl Bayramlının mövqeyini daha çox dəstəkləyən müavinlərdən biri məhz Nurəddin Məmmədlidir. Nurəddin Məmmədli isə Razi Nurullayevlə yaxın idi. Beləliklə, gedəcəklər siyahısına Gözəl Bayramlı-Nurəddin Məmmədli cütlüyünün əlavə edilməsi artıq reallaşmaq ərəfəsindədir. Bütün bunlar isə artıq sürpriz deyil, gerçəklikdir ki, Əli Kərimli sonda bu gerçəkliklə istəsə də, istəməsə də barışmalı olacaq. Ən azı qurultaydan sonra ictimai rəy AXCP-nin təməldən çökəcəyinin şahidinə 100% çevriləcəklər.

Rövşən RƏSULOV

Digər xəbərlər