PDF Oxu

Müxalifət

  • 1 651

Rəsul Quliyev müxalifəti darmadağın etdi

image

O, radikal müxalifəti siyasətin maklerləri adlandırdı

Uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev müxalifət düşərgəsində baş verən proseslərdən hiddətlənərək bildirib ki, 23 ildir ki, müxalifət öz istəyinə çatmaq üçün bütün yalanlara, böhtanlara əl atır: "Müxalifət düşərgəsində olan müxalifət partiyaları (əgər onları partiya adlandırmaq olarsa, çünki hər birində 5-10 nəfər təmsil olunur.-Ü.Ə.) məqsədlərinə çatmaq üçün istənilən yalanı, böhtanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlar etməyə qadirdilər. Bugünkü müxalifətin 90 faizi 90-cı illərdən qalma müxalifətçilərdir. O vaxt 30-35 yaşları olanlar artıq 50-60 yaşıı haqlayıb, bəziləri isə 60-70 yaş həddindədir. Həmin o yaşlarından "siyasətin mahiyyəti məqsədinə çatmaq üçün istənilən yalanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlardır" ideologiyasına söykənib eyni siyasətlərini 24 ildir davam etdirirlər. Belə bir yolu ideologiya kimi qəbul etmiş müxalifətçilərin xalqın inam və ümidini mütləq şəkildə itirəcəklərinə şübhə ola bilməzdi. İndi onların müxalifətçilik imkanları sıfıra bərabərdir. İnsanlar artıq onların müxalifətçilik imitasiyalarına da məhəl qoymur. Ancaq gənc yaşlarından yalan pafoslu şüarlarla, demoqoqik çıxışları ilə diqqəti cəlb etməyə öyrənmişlərin artıq 50-70 yaşlarında dəyişmək şansları yoxdur. Bu partiyalar bir-birlərinə qarşı münasibəti Fatmanisənin qonşusu ilə savaşı səviyyəsində qururlar, bir-birlərinə qarşı olmazın təhqir və söyüşünü yağdırırlar".

Rəsul Quliyev artıq müxalifət düşərgəsindəki durum, həqiqətən də onların arxivə atıldığını sübut edir: "Belə olan halda seçkilərdə qalib gələcəkləri ilə bağlı iddialar irəli sürmələri doğurdan da həyasızlığın son həddidir. Bu gün müxalifətdə olanların hamısı bir nəfər kimi istefa verib getməlidirlər". R.Quliyev "facebook" vasitəsilə yaydığı açıqlamasında diqqəti 9 oktyabrda keçiriləcək prezident seçkilərinə yönəldərək bildirib ki, ABŞ prezidenti Barak Obamanın təbrik məktubu ilə Azərbaycandakı seçki özünün finalına çatıb: "1993-cü ildən sonra hakimiyyət ilk dəfə dünyanın bütün demokratik dövlətlərinin təbrik məktubunu ala bildi və faktiki demokratiyaya gedən leqitim ölkə statusunu aldı".

R. Quliyev əlavə edib ki, nə ölkə daxilində, nə də xaricdə bu hakimiyyətə Azərbaycanda alternativ qüvvə heç mikroskopla belə görünmür: "Ölkədə heç bir alternativin olmadığını görən xarici təşkilatlar bəlkə bu rejimə yaxınlaşmaqla onun müəyyən reformalar etməsinə nail olaraq siyasətinə üstünlük verdilər. Yeni təşkilatlar yaradılmasa, köhnə qurumlar hakimiyyəti daha da gücləndirəcəklər. Məsələn, "Milli Şura"nın "Seçki saxtalaşdırıldı" və "Cəmil müəllim bizim prezidentdir" deməkdən başqa bir şüarı yoxdur. Bununla da heç bir diqqətə nail olmaq mümkün deyildir. Bir daha indiki stukturların özlərini buraxması tamamilə yeni bazada real, praqmatik müxalifətin formalaşmasından başqa bir yolun olduğunu görmürəm. Ona görə də, müxalifət 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi. Onların "azad seçkilər olsaydı udardıq, ona görə də siyasətdən getməyəcəyik" ideologiyası ilə heç bir yerə gedib çıxmaq mümkün deyil".

Ü.ƏSGƏROV

Digər xəbərlər