PDF Oxu

Müxalifət

  • 1 957

Ağstafa cəbhəçiləri də Əli Kərimlinin istefasını tələb etdilər

image

AXCP-nin Ağstafa rayon şöbəsinin fəalları konfrans keçirib. Məlumata görə, Ağstafa rayon şöbəsinin nəzdində olan 25 dayaq dəstəsindən 19-u konfransda iştirak edib. Konfransda AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Ələddin Kəsəmənli partiyada baş veren siyasi proseslərdən danışıb. Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını və vəziyyətdən yeganə çıxış yolunun onun sədrlikdən istefaya göndərilməsinin vacibliyi bildiriblər.

Daha sonra təşkilati məsələyə baxılıb. Maarif Məhəmmədəli oğlu Salahov yekdilliklə AXCP Ağstafa rayon şöbəsinin sədri seçilib. Kamal Pənah oğlu Verdiyev Ali Məclisin üzvü, Yaşar Zirəddin oğlu Babayev, Aqşin Biləndər oğlu Hüseynov və Fizuli İsmayıl oğlu Nəsibov Nəzarət-Təftiş Komissiyasının üzvləri seçildilər. Elbəyi Məhəmmədəli oğlu Əliyev, Teymur Əhməd oğlu Mehdiyev, Maarif Məhəmmədəli oğlu Salahov, Kamal Pənah oğlu Verdiyev, Yaşar Zirəddin oğlu Babayev, Aqşin Biləndər oğlu Hüseynov, İmran Pənah oğlu Verdiyev, Fizuli İsmayıl oğlu Nəsibov, Əliyev Baba Alı oğlu, Rövşən Mehbalı oğlu Nəbiyev, Səxavət Sabir oğlu İsmayılov və Sərxan Elxan oğlu Mərdanov AXCP Etimad Qurultayına nümayəndə seçiliblər.

Samir

Digər xəbərlər