PDF Oxu

Müxalifət

  • 1 651

Müxalifəti növbəti seçki məğlubiyyəti gözləyir

image

Müxalifət liderləri 20 ildən çoxdur ki, siyasətdə olduqları dönəmdən bu günə qədər ölkədə keçirilən bütün seçkilərdə acınacaqlı məğlubiyyətə düçar olublar. Amma maraqlıdır ki, dağıdıcı müxalif təmsilçiləri seçkiləri uduzsalar da heç nə olmayıbmış kimi, yenə də siyasi fəaliyyətlərini davam etdiriblər. Məlumdur ki, dünya ölkələrində, seçkiləri uduzan qüvvələr istefa verərək, siyasi proseslərdən uzaqlaşıblar. Gözləntilər ondan ibarətdir ki, bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində müxalifət növbəti məğlubiyyətlə qarşılaşacaq. Müxalifət bunu başa düşdüyündən, müxtəlif şoular yaratmaqla diqqəti özlərinə cəlb etməyə çalışırlar. Hətta xarici məkrli qüvvələrlə iş birliyinə getməkdən, əməkdaşlıq münasibətləri qurmaqdan belə çəkinmirlər. Bu halda dərk etmirlər ki, Azərbaycanda nəyə isə nail olmaq üçün ilk öncə ictimaiyyətin dəstəyini qazanmaq lazımdır. Yəni qanuni yollarla ölkədə keçirilən seçkilərdə iştirak edərək nəyə isə nail olmaq mümkündür. Qeyri-sivil yollarla heç nəyə nail olmaq mümkün deyil. Çünki Azərbaycan demokratik-hüquqi bir dövlətdir. Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs"ə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti bütün sahələr üzrə inkişaf etmiş bir ölkə olduğundan, bu inkişafa qısqançılıqla yanaşan bir sıra xarici qüvvələr var: "Həmin qüvvələr Azərbaycanda sabitliyi pozmaqdan ötrü ölkədən fəaliyyət göstərən bəzi pariyaları ələ alaraq, onları dolayı yollarla maliyyələşdirirlər. Demək olar ki, bütün bu halların qarşısını almaq üçün dövlət tərəfindən partiyaların maliyyələşdirilməsinə ciddi ehtiyac var. Bir sözlə, dövlət qeydiyyatından keçmiş, rəsmi fəaliyyət göstərən partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir".

T.Kərimlinin sözlərinə görə, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ortaya konkret ideya qoya bilmirlər: "Onların ortaya hər hansı ideya qoya bilməmələrinin səbəbi odur ki, bu partiyaların əksəriyyəti hansısa ideologiya əsasında formalaşan partiyalar deyil. Həmin partiyalar ayrı-ayrı şəxslər ətrafında formalaşaraq fəaliyyət göstərirlər. Belə olan halda da, sözügedən partiyaların iş fəaliyyəti də həmin şəxslərin şəxsi maraqlarına yönəlir. Məhz bu partiyaların ölkədə keçirilən seçkiləri uduzmasının səbəblərini özlərində axtarmalıdırlar".

GÜLYANƏ

Digər xəbərlər