PDF Oxu

Müxalifət

  • 1 898

Olmayan bir qurumun olmayacaq mitinqi

image

Qərbin alətinə çevrilmiş siyasi oyuncaqlar öz siyasi sonunu yaşayacaq

Hələ də köhnəlikdən, dağıdıcı əməllərdən və xəyanətkarlıqdan əl çəkə bilməyən radikal müxalifət artıq xalqın yaddaşından birdəfəlik silinməkdədir. Onların "Biz hələ varıq, hələ yaşayarıq" tezislərini təsdiq etmək məqsədilə keçirdikləri cılız mitinqlər də hamının gözü qabağındadır. Müxalifət düşərgəsinin bəzi mənsublarının etiraf etdikləri kimi, bu çabalamalar heç bir nəticə verməyəcək. Bir də ki, daha onlardan nəticə gözləyən də yoxdur.

Xarici qüvvələrin əlində alətə çevrilmiş "Milli Şura"

"Milli Şura" yarandığı gündən əksər siyasilər, ölkənin sayılıb-seçilən insanları, eləcə də bir sıra kütləvi informasiya vasitələri onu ölü doğulan uşağa bənzədirdilər. Budur, parlament seçkiləri ərəfəsi müxtəlif yollarla Azərbaycanın milli maraqlarına zərbə vurmağa çalışan xarici qüvvələrin əlinə oynayan ölü qurum yalnız qrant almaq üçün yenidən mitinq keçirmək istəyinə düşüb. AXCP sədri Əli Kərimlinin əlilə keçmiş və birbaşa onun tapşırıqları əsasında hərəkət edən "Milli Şura"nın son mitinqinin xarici dairələrə hesablanmış oyun olduğunu iddia edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "SƏS"ə verdiyi açıqlamasında keçirilən mitinqləri alver predmeti kimi dəyərləndirib. Onun sözlərinə görə, "Milli Şura" Qərbin və Avropa dövlətlərinin bəzi qurumlarından aldıqları pulları konpensasiya etməkdən ötrü bu aksiyaları keçirir: "Bu, erməni diasporasından, Avropa Şurasından, Avropa dövlətlərindən, ermənipərəst Qərb qüvvələrindən və s. qrantı daha çox əldə etmək uğrunda mübarizədir. Əvvəlki aksiyalarda hər kəs şahid olub ki, orada AXCP fəalları tərəfindən "İraqın Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının bayraqları qaldırılırdı və "Milli Şura" bu quruma üzv olmayan partiyaların gücündən istifadə etdi. Buradan belə çıxır - onlar terror təşkilatları ilə müqavilə bağlamağa da cəhdlər edirlər ki, Azərbaycanda qan töksünlər. Bu gün onların xüsusi nümayəndələrinin "İŞİD"lə, "ASALA" erməni terror təşkilatları ilə gizli münasibətləri var. Görünən odur ki, "Milli Şura", həqiqətən də bir sıra xarici qüvvələrin əlində alətə çevrilib və bu alət gec-tez özü öz sonuna çıxacaq".

Yaxud utanmasan, oynamağa nə var ki...

Yeni Azərbaycan Partiyası "Milli Şura"nın parlament seçkilərində iştirak etməmək və mitinq keçirməklə bağlı qərarına münasibət bildirən partiyanın İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadənin sözlərinə görə bu bəyanat "Milli Şura" adlı qurumun gücsüzlüyünü göstərir: "Eyni zamanda, ölü qurum əvvəlki keçirilən mitinqdəki biabırçı uğursuzluğundan nəticə çıxarmaqdansa, seçkiərəfəsi yenidən mitinq təyin etməsi, doğurdan da, həyasızlığın son həddidir. Azərbaycan siyasətində hər kəsə bəllidir ki, siyasi proseslərə saxtalığı məhz Əli Kərimli gətirib. İstər naməlum imzalarla yazı yazmaq, istər sosial şəbəkələrdə saxta profillər açmaq sarıdan Əli Kərimli və onun tərəfdarlarının Azərbaycan siyasətində tayı-bərabəri yoxdur. Elə bunu son vaxtlara qədər Əli Kərimli ilə eyni cərgədə olan, bir müddət əvvəl isə AXCP-dən ayrılan Razi Nurullayev də etiraf edib. Proqramı radikallıq, xaricdəki anti-Azərbaycan mərkəzlərlə əməkdaşlıq, ölkəmizdəki xarici səfirlikləri zorla Azərbaycanın daxili siyasətinin subyektlərinə çevirmək olduğu üçün seçkidə iştirak etməməklə bağlı Əli Kərimli tərəfindən hazırlanan bəyanatda göstərdi ki, onlar Azərbaycanda heç bir nüfuza malik deyillər. Onların seçkidə iştirak etməyəcəkləri əvvəlcədən bəlli idi. Son prezident seçkilərində minimal səs toplamaları, keçirdikləri mitinqlərə az sayda adamın gəlməsi, ziyalıların, demokratik düşüncəli insanların onları dəstəkləməməsi bu qurumun sosial bazasının zəifliyini göstərir. Onlar bilirlər ki, qarşıdan gələn parlament seçkilərində bütün dairələr üzrə irəli sürəcək potensial namizədləri yoxdur. Eyni zamanda, anlayırlar ki, hətta irəli sürsələr belə, onların heç biri qələbə qazana bilməyəcək və olmayan qurumun mitinqinin də olmayacağı artıq bəllidir".

A.Mirzəzadə onu da vurğulayıb ki, Azərbaycan cəmiyyəti güclü dövlətçilikdə, sosial problemlərin həll edilməsində, beynəlxalq aləmdə yüksək nüfuzun olmasında maraqlıdır: "Milli Şura" isə bunların heç birini təmin edə bilmir. Çünki onların proqramı radikallıq, xaricdəki anti-Azərbaycan mərkəzlərlə əməkdaşlıq, ölkəmizdəki xarici səfirlikləri zorla Azərbaycanın daxili siyasətinin subyektlərinə çevirməkdir. Prinsip etibarilə onlar uduzduqlarını indidən etiraf etdilər. Hesab edirəm ki, onlar gələcək seçkilərdə subyekt kimi mövcud olmayacaqlar. Çünki ətraflarındakı adamlar onları çox sürətlə tərk edir".

Rəsul Quliyev: "Milli Şura" əxlaqdan uzaq miskin qurumdur"

Eks-spiker Rəsul Quliyev son günlər "Milli Şura"ya rəhbərlik edən AXCP sədri Əli Kərimlinin "Azadlıq" qəzetində təşkil etdiyi yazılarda məntiqsiz sözlərdən əsəbləşərək bildirib ki, əxlaqsız adamın sözləri də əxlaqsızdır: "İstefa verən barədə "Milli Şura"dan filankəsi çıxartdıq-demək, yazmaq ayıb yox, əxlaqsızlıqdır. Əli Kərimlidən bundan artıq əxlaq gözləmək mümkünsüzdür. Heç nəyi dərindən analiz etməyən və ya etməyi bacarmayan "Milli Şura" liderlərinin kimlərinsə tapşırıqlarını yerinə yetirmələri artıq özünü açıq şəkildə büruzə verir. Radikal müxalifətin prezident seçkilərindəki məğlubiyyətindən sonra parlament seçkilərini "boykot" çıxışı və bu azmış kimi, mitinq keçirmək iddiaları, doğurdan da "badbaxlıqdır". "Badbaxt" Əli Kərimli bu mitinqdə nə deyəcək, yenə də illərlə dediklərini təkrarlayacaq? Burda deyirlər ki, utanmasan, Əli Kərimli olmağa nə var ki. Bu "badbaxt" o qədər absurd danışır ki, özü də yazdıqlarına inanmır. Ölü doğulan bir qurumu zorla "yaşatmağın", onun biabırçı "aksiyalar"ını təyin etməyin, keçirməyin nə mənası var?"

Sonda bütün bunlardan sonra belə bir sual yaranır: bir halda ki, seçkilərdə iştirak etmirsən və öz zəifliyini etiraf edirsən. O zaman təbliğat və təşviqat dövründə mitinq keçirmək sizin nəyinizə gərəkdir?..

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər