Tahir Kərimli: "Müxalifət təmsilçiləri sosial bazalarını itirdiklərinə və seçkilərdə özlərinin seçilmələrinə əmin olmadıqlarına görə, belə qərar qəbul ediblər"
Müsahibimiz Vəhdət partiyasının sədri Tahir Kərimlidir
- Tahir müəllim, bildiyimiz kimi, "Milli Şura" parlament seçkilərini boykot edəcəyi barədə qərar verib. Sizcə, bu qərarı anormal kimi qiymətləndirmək olar?
- "Milli Şura"nın boykot qərarı ilə Avropa Parlamentinin boykot çağrışı qərarı bir-birinə uyğun gəlir. Bu da onu göstərir ki, burada ən azı məntiqi əlaqə var. Boykot qərarı düzgün deyil. Digər bir məsələ isə ondan ibarətdir ki, vaxtilə "Milli Şura"ya daxil olan ümummüxalifət birliyi boykota gedəndə, özləri məhz həmin boykot qərarın pozaraq, seçkilərdə iştirak etdilər. Beləliklə, müxalifət təmsilçiləri sosial bazalarını itirdiklərinə və seçkilərdə özlərinin seçilmələrinə əmin olmadıqlarına görə, belə qərar qəbul ediblər.
- Seçkidə iştirak etməməklə "Milli Şura" seçki məğlubiyyətini indidən sğortalamaq məqsədi daşımır ki?
- Bəli, o, özünü soğortalamq məqsədi daşıyır. Hər kəs çox gözəl bilir ki, müxalifət ən adi bir kütləvi tədbir keçirə bilmir. Demək olar ki, müxalifətin fəallığı ancaq elektron səhifələrindədir. Ümumiyyətlə, müxalifət təmsilçilərinin özləri də məğlub olduqlarının çox gözəl bilirlər.
- "Milli Şura"nın seçkiləri boykot etməsi və bununla yanaşı, mitinqlərə hazırlaşmasının arxasında hansı məqamlar dayanır?
- Müxalifət təmsilçilərinin bu cür yersiz oyunlarının arxasında xarici qüvvələrin dayandığını demək olar. Bu gün ölkədə fəaliyyət göstərən müxalifətçilərin ölkə daxilində heç bir siyasi dəstəyi yoxdur. Bu baxımdan, demək olar ki, müxalifət təmsilçiləri xaricdə olan bəzi qüvvələr tərəfindən dəstəklənir. Ümumiyyətlə, müxalifət qüvvələri xalqın arzu və istəklərini yerinə yetirə biləcək gücə malik deyil. Bəzi xaricdə olan qüvvələr var ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşırlar. Azərbaycanda nə isə bir xoşagəlməz vəziyyət yaratmaq üçün ölkədə fəaliyyət göstərən siyasi qüvvələrdən istifadə etməyə çalışırlar. Amma həmin xaricdə olan siyasi dairələr nə qədər çalışsalar da, onların bu istək və arzuları baş tutamayacaq.
GÜLYANƏ