PDF Oxu

Müxalifət

  • 1 542

AXCP-nin rayon şöbələri Razi Nurullayevin tərəfinə keçir

image

Növbəti istefalar da qaçılmaz xarakter almaqdadır

AXCP-nin rayon şöbələrində hökm sürən pərakəndəlik və özbaşınalıq partiya rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub. Onsuz da partiyanı idarə etmək qabiliyyətini itirən Əli Kərimlinin rayon şöbələrinə müdaxilə etmək imkanları da sıfır həddinə enib. Məhz bunun nəticəsidir ki, son günlər AXCP-dən istefalar davamlı xarakter almaqdadır. Rayon şöbəsinin üzvü Ramin Məmmədov istefa bəyanatı ilə çıxış edərək bildirib ki, 2014-cü ildən AXCP Saatlı rayon şöbəsinin üzvüdür: "Partiyada Ruslan Nəsirlinin məruz qaldığı haqsızlıqlara göz yuma bilmirəm. Bir partiyada Əli Kərimli kimi avtoritar insan sədrlik edirsə, orda mübarizə aparmaq mümkün deyil. Bu səbəbdən də, mən AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayevi dəstəklədiyimi bəyan edirəm və bundan sonra Əli Kərimlinin ifşa olunması üçün əlimdən gələni əsirgəməyəcəyəm".

AXCP-nin Saatlı rayon şöbəsinin digər təmsilçisi Şahbazov Nayib də öz bəyanatında bildirib ki, "Həsən Kərimovun, Fuad Qəhrəmanlının partiya daxilindəki "fironluğuna", Əli Kərimlinin yaratdığı avtoritar rejimə etiraz olaraq partiyadan istefa verirəm". Ş.Nayib 2004-cü ildən partiyanın rayon şöbəsinin üzvü olduğunu və 2005-ci ilin 26 noyabrında Əli Kərimlinin keçirmək istədiyi icazəsiz oturaq aksiyaya cəhddə ittiham olunaraq həbs edilib və cəzasını çəkdiyini bildirib: "Mitinqdə həbs olunmuşam. Partiyaya töhfələrim çox olub. Lakin partiya daxilində baş verən proseslərə münasibətim birmənalı deyil."

İstefaçı cəbhəçi bildirib ki, AXCP-də fironluq hökm sürür və o, daha bu kimi özbaşınalıq, anarxiya və avtoritar idarəçiliyi olan siyasi təşkilatda qalmaq fikrində deyil: "Əli Kərimlinin yaratdığı avtoritar rejimə etiraz olaraq Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə öz dəstəyimi tam şəkildə ifadə edirəm."

Xocavənd və Zərdab cəbhəçiləri: "Bolşevik təfəkkürlü Əli Kərimli bir neçə ölkənin agentidir"

Yuxarıda qeyd olunanlarla yanaşı, daha 2 rayonun cəbhəçiləri Razi Nurullayevi dəstəklədiklərini bəyan ediblər və bildiriblər ki, bolşevik təfəkkürlü Əli Kərimli bir neçə ölkənin agentidir və belə bir agentin sədrlik etdiyi partiyada qalmaq özü cinayətdir: "Əli Kərimlinin sədrliyi illərində partiyada diktatura rejimi yaradıldı, azad, fərqli fikirlərə qarşı ləkələmə, şantaj, təhqir siyasətinin yürüdüldü və bu səbəblərdən də partiya xalq arasında əvvəlki nüfuzunu itirdi. Məhz bu səbəbdən də, Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə öz dəstəyimi tam şəkildə ifadə edirəm."

Beləliklə, məsələ kifayət qədər aydındır. Əli Kərimlinin qısqanc davranışları, hətta öz yaxınlarına da bu münasibəti sərgiləməsi artıq heç kimə sirr deyil. Göründüyü kimi, Ə.Kərimlinin eqosu hər zaman tək qalmasına və dostlarının onu tərk etməsinə səbəb olub. Faktiki olaraq, o, heç zaman qrup və xalq maraqlarından çıxış etməyib və həmişə yalnız özünü düşünüb. Elə bu səbəbdən də, bu gün Ə.Kərimli illərlə "əkdiyini" biçir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər