PDF Oxu

Müxalifət

  • 1 585

Ağdam və Mingəçevir cəbhəçilərindən "Biz də gedirik" bəyanatı

image

Razi Nurullayev Əli Kərimlini çökdürdü

AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi daha iki rayonda toplantı keçirib. Adıçəkilən qurumun mətbuat xidmətindən "SƏS"ə daxil olan məlumata görə, digər rayonlarda olduğu kimi, AXCP Ağdam şöbəsinin ümumi yığıncağında da partiyada cərəyan edən son proseslər müzakirə edilib və təşkilati məsələlərə baxıldıqdan sonra AXCP Ağdam şöbəsinin yenidən bərpa olunması barədə qərar qəbul edilib. AXCP Etimad Qurultayı TK-nın üzvü Səbuhi Əliyev toplantı iştirakçılarına yenidən formalaşdırılacaq AXCP-nin prioritetləri, görüləcək işlər barədə məlumat verərkən, bidirib ki, bundan sonra Əli Kərimli kimi insanların bu qurumda yer alması mümkün olmayacaq. Avtoritar və despot idarəçilik metodu Razi Nurullayevin rəhbəri olacaq siyasi təşkilata yönəldilməyəcək. Bu baxımdan, bildirilib ki, hər kəs bərabər hüquqlara, söz və fikir azadlığına sahib olacaq.

Əli Kərimlidən imtina edən cəbhəçilər hələ onun yanında qalan tərəflərə də müraciət ediblər

Əli Kərimlini rədd edən digər AXCP-çilərin toplantısı Mingəçevirdə keçirilib. Toplantıda AXCP-nin yenidən formalaşdırılması, fəaliyyət istiqamətləri və partiyanın Əli Kərimlinin sədrliyi altında tənəzzülə doğru getməsi ilə bağlı müzakirələr aparılıb. Tədbir iştirakçıları bildiriblər ki, partiyada baş verən proseslərə etiraz edir və AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyirlər. Belə ki, AXCP Etimad Qurultayı TK-nın üzvü Ehtiram Mehdiyev çıxışında qeyd edib ki, yeni yürüdüləcək siyasət AXCP daxilində daim kölgədə qalan gənclərin həyatı və gələcək siyasi karyerası üçün uğurlu olacaq, nəticədə. daha güclü partiya formalaşdırılacaq.

40 nəfərin iştirak etdiyi konfransda Əli Kərimlidən imtina edən cəbhəçilər hələ onun yanında qalan tərəflərə də müraciət edərək, yanlış fərdin yanında həyatlarını uçuruma doğru itməməyə çağırış ediblər.

Qeyd edək ki, artıq Zərdab və Ağcabədi şöbələrinin də konfransı təşkil edilib.

Mübariz QULİYEV

Digər xəbərlər