PDF Oxu

Müxalifət

  • 1 741

BUNLARIN BELLƏRİ QƏRBƏ BAĞLIYMIŞ Kİ...

image

KÖŞƏ YAZISI

Bəlli olub ki, Azərbaycan Demokrat Partiyası parlament seçkilərində iştirakdan imtina edib. Özü də elə bir qərarla ki, daha burada hansısa başqa bir məsələ də yoxdur. Yəni Sərdar Cəlaloğlunun və daha bir neçə ADP-li namizədin birdən-birə seçkidən imtina etməsi məsələləri sən demə son vaxtlar Azərbaycanla Qərbin müvafiq institutları arasında münasibətlərindəki mövcud vəziyyət və ATƏT-in parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsiymiş (?!-R.).

Bunlar xalqı deyil, avropalıları özlərinə ağa qəbul edirlər

Demək, belə çıxır ki, ADP seçkilərə öz seçicilərinə deyil, Qərbə ümid bəsləyərək gedirmiş. Üstəlik, Avropa siyasilərinə bel bağladığını da bununla sübuta yetirmiş olub. Demək, məsələ bəllidir. Bu yerdə xoruzun quyruğu görünür. Yəni müxalifət deyilən azarın kökündə hər zaman xaricə işləmək, xaricdən pənah ummaq və özünə xarici ağa seçməkdən ibarət olub. Xalqı isə heç vaxt özlərinə ağa seçməyiblər bunlar. Çünki elə 30 ilə yaxındır ki, bu kəslər bir-birlərini "bəy" deyə çağırırlar. Ona görə də xalq amili bunlar üçün çox aşağı bir məsələdir.

Xətirlərinə dəyib ki, Azərbaycan hakimiyyəti Qərbin ikili standartlarına etiraz əlaməti olaraq, ATƏT-i ciddi qurum hesab etmir

Hələ bu, harasıdır? ADP kimi KXCP də daş atıb, başını tutmağa başlayıb ki, belə getsə, onlar seçkilərə-filana qatılmayacağıymışlar və s. Yəni bunlar da Azərbaycan dövlətinin haqlı mövqeyini, daha dəqiq desək, Avropaya qarşı iradlarını bildirməsinə görə "incik" düşüblər. Xətirlərinə dəyib ki, niyə Azərbaycan hakimiyyəti Qərbin ikili standartlarına etiraz əlaməti olaraq, ATƏT-i ciddi qurum hesab etmir, Avropa Parlamentinə qarşı da haqlı olaraq iradını bildirir. Hələ Mirmahmud ağanın iddiasına bax: "Hal-hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik".

Fatma nənə demişkən, çərə ver, cəhənnəmə ver. Məgər xoruz olmayanda, sabah-zad açılmırdı? Yəni ADP, KXCP, elə lap AXCP seçkilərə qatılmayıb, Avropanın ermənipərəst siyasətini dəstəkləyəcəklərsə, elə dünəndən seçkilərə qatılmasınlar. Axı bu xalqa ermənipərəst dairələrə dəstək verəcək millət vəkilləri nəyə gərəkdir?! Elə yaxşı oldu ki, bunlar seçkilərə qatılmadılar...

RƏFİQƏ

Digər xəbərlər