PDF Oxu

Müxalifət

  • 2 013

"Biz Qərbi ittiham etməkdə haqlıyıq"

image

Müsahibimiz YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovdur.

- Mehdi müəllim, bildiyimiz kimi YAP seçkilərə tam hazır olduğunu bəyan edib, namizədlərinin də siyahısını açıqlayıb. Ümumiyyətlə, partiyanın fəaliyyət istiqamətini seçki prizmasından necə dəyərləndirərdiniz?

- Yeni Azərbaycan Partiyasının bu gün regionumuzda ən böyük siyasi qüvvəsi olması kimsəyə sirr deyil. Lakin partiyamızın bu gücünü şərtləndirən bir sıra amillər də mövcuddur. Belə ki, YAP ölkədə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür və bunun başlıca səbəbi təşkilatın Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənməsidir. Həmçinin, partiyamızda Azərbaycan cəmiyyətinin ən yüksək intellektə malik olan təbəqələri toplaşıb ki, bu təbəqə artıq öz fəaliyyəti ilə sözünü deməkdədir. Bu gün YAP-da birləşənlər həmçinin, vahid azərbaycançılıq, dövlətçilik ideologiyası ətrafında birləşiblər. Beləliklə, biz vurğulaya bilərik ki, YAP həm də çox böyük siyasi məktəb kimi də öz sözünü deyib. Ona görə də daim qələbələr və zəfərlər qazanmaqla xalqın ona olan etimadını doğruldur.

Bu seçkilərdə də YAP-ın şəksiz lider, namizədlərimizin isə qalib olacağına heç bir şübhəm yoxdur. Çünki Azərbaycan xalqı öz dəstəyini bu dəfə də göstərəcək.

- Şabran rayonunda seçkilərə hazırlıq prosesi necə aparılır?

- Həm Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri, həm də rayon təşkilatının Seçki Qərargahının rəhbəri kimi qeyd etmək istərdim ki, bizim məqsəd və məramımız növbəti qələbəni əldə etməkdir. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də yüksək səviyyədə baş tutacağına, şəffaflığın, ədalətin təmin olunacağına və parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyinə inanırıq. Artıq bizim işlərimiz tam sürətlə aparılmaqdadır. 8 nəfərdən ibarət imzatoplayan fəallarımız 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə Şabran rayonunda yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlamaq üzrədirlər. O cümlədən, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə Şabran rayonunda 46 məntəqədə 28 min, 851 seçici qeydiyyatdadır ki, onların seçkilərdə iştiraklarının fəallığı üçün çalışırıq.

Ümumiyyətlə, seçki qərargahı aktiv fəaliyyət göstərir və parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır. Qərargah üzvlərinə mütəmadi görüşlər keçirilir və tövsiyələr verilir. Onu da əlavə edim ki, seçki kompaniyasının keçirilməsi ilə bağlı rayon təşkilatının böyük seçki təcrübəsi var. Biz bu seçki təcrübəsindən maksimum yararlanaraq, uğurlarımızı davam etdirəcəyik.

- Bu arada radikal müxalifət dairələri müxtəlif bəhanələrə seçkilərə atılmayacaqlarını bəyan edirlər. Sizcə burada hansı məqsəd dayanır?

- Təbii ki, biz bu kimi halları birinci dəfə görmürük. Daim xarici təşkilatlara satılan bu kimi partiyalar həm də "beşinci kalon" rolunu oynamaqla dövlətin, xalqın maraqlarını satmaqla məşğuldurlar. Prezident İlham Əliyev də bu ayın əvvəlində keçirdiyi müşavirəsində bu barədə xüsusi bəyanatlar verərək vurğulayıb ki, Qərbin ermənipərəst dairələri, o cümlədən erməni lobbisi Azərbaycana qarşı müxtəlif cinahlardan hücumlar edərək, həm öz, həm də Avropanın maraqlarını təmin etməyə çalışırlar. Ancaq bizim sapı özümzüdən olan baltalarımız da unudurlar ki, Azərbaycanda yürüdülən müstəqil və qətiyyətli siyasətə qarşı heç cür bata bilməyəcəklər. Onlar ümumiyyətlə, uduzacaqlarının fərqinə varırlar. Ona görə də bu kimi düşüncəsiz addımları ilə baş aldatmağa çalışırlar.

Biz buni parlament seçkilərinin nəticələrində də görəcəyik. Bir daha təsdiq olunacaq ki, Azərbaycanın özü Avropaya demokratiya dərsi keçməyə hazırdır. Qərb bunu dərk etməyə məhkumdur. Onlar buraya müşahidəçi göndərsələr də, göndərməsələr də xalqımız elliklə seçkilərdə iştirak edəcək və istədiyi namizədini də seçəcək. Seçkilərin şəffaf keçiriləcəyinə də kimisənin şübhəsi olmamalıdır. O cümlədən, Qərb dairələri də buna şübhə edirsə, onda erməni lobbisinin korrupsiyalı pullarına bulaşıb, demokratik dəyərləri tapdayıb Azərbaycana qarşı təzyiq dili ilə daışmaqdansa, buyurub gəlsinlər ölkəmizə və seçkilərimizi müşahidə etsinlər. Yox, bunu etmirlərsə, demək biz də onları ittiham etməkdə haqlıyıq.

sia.az

Digər xəbərlər