PDF Oxu

Müxalifət

  • 1 736

Qərb müxalifətdən alət kimi istifadə edir

image

Seçkilərin boykot utopiyası da Qərbin müxalifətə verdiyi növbəti göstərişdir

Qondarma qurum olan "Milli Şura" parlament seçkilərini boykot edəcəyi barədə qərar verib. Məlum faktdır ki, seçkilər hər bir partiya üçün sınaq, gücünü yoxlamaq üçün bir imkandır. Müxalifət bu sınaqda iştirak etməkdən imtina edib, seçkiləri boykot qərarı verir. Bunun bir səbəbi müxalifətin özünə inamsızlığıdırsa, digər səbəbi Qərbin onlara verdiyi göstərişdir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bu ehtimalları təsdiqlədi. Bildirdi ki, "Milli Şura" deyilən qurum seçkilərdə xalqın dəstəyini qazana bilməyəcəklərini dərk etdiklərindən, boykot qərarı verməyə məcbur olurlar: "Seçkiləri boykot etmək üçün qarşındakı qüvvədən daha artıq qüvvə olmalıdır. O cümlədən, cəmiyyət tərəfindən dəstəyin olmalıdır. Amma bugünkü reallıq ondan ibarətdir ki, "Milli Şura"nın nə gücü, nə də ki, cəmiyyət tərəfindən dəstəyi yoxdur. Ümumiyyətlə, bəzi müxalifət qüvvələri bu cür bəyanatları ilə, sadəcə olaraq, xaricdəki bəzi dairələrdən maliyyə vəsaiti almaqdır. Çünki bu gün xaricdə bəzi qüvvələr var ki, onlar Azərbaycan müxalifətindən istifadə etməklə, öz çirkin niyyətlərini həyata keçirməyə ümid bəsləyirlər. Amma istər xarici qüvvələrin, istərsə də, müxalifətin planlaşdırdıqları çirkin məqsədləri heç zaman Azərbaycanda həyata keçməyib və bu, mümkün də deyil".

"Seçkidə iştirak etməməklə "Milli Şura" seçki məğlubiyyətini indidən sğortalamaq məqsədi daşımır ki" sualını cavablandıran T.Novruzov bildirdi ki, müxalifət qüvvələri özləri də dərk edirlər ki, seçkilərdə məğlub olacaqlar: "Parlament seçkilərində onların qalib olmaq şansları sıfıra bərabərdir. Çünki müxalifətin sosial bazası yoxdur. Eyni zamanda, partiyalar daxilində ciddi qarşıdurmalar mövcuddur. Bu da, seçki məğlubiyyətini şərtləndirən başlıca amildir. Ümumiyyətlə, uzun illərdir ki, ölkədə keçirilən bütün seçkiləri müxalifət seçki məğlubiyyəti ilə üzləşib. Səbəb də müxalifətin dəyişməz ampluada olmasıdır".

T.Novruzov onu da bildirdi ki, bu gün müxalifət partiyaları konkret olaraq ortaya ideya qoyub, onu həyata keçirmək gücünə malik deyillər: "Demək olar ki, müxalifət partiyalarının əksəriyyəti nə üçün fəaliyyət göstərdiklərinin fərqinə varmırlar. Yəni adıçəkilən partiyalar fəaliyyətlərinin məqsədlərini özləri dərk etmirlər. Əgər dərk etsələr, o zaman ilk mərhələdə partiya quruculuğu ilə məşğul ola və konstruktiv siyasi yol tutarlar. Bu, baş vermədikcə, müxalifətin güc sahibinə çevrilməsi qeyri-mümkündür".

GÜLYANƏ

Digər xəbərlər