PDF Oxu

Müxalifət

  • 1 686

KXCP-nin "boykota gedə bilərik" iddiası yalanlandı

image

AMİP rəsmisi: "Azadlıq-2015" seçki bloku seçkilərdə iştirak edəcək"

"Azadlıq -2015" seçki blokunda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Avropa Parlamentinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçi göndərməyəcəyi barədə qərarından sonra seçkilərə qatılmayacağı barədə irəli sürdüyü fikirləri seçki blokunda təmsil olunan digər siyasi partiyalar tərəfindən yalanlanıb.

Boykot taktikasını Azərbaycanda keçirmək mümkün deyil

Belə ki, "Azadlıq-2015"də fəaliyyət göstərən digər siyasi təşkilat - Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov qeyd edib ki, bəzilərinin "Azadlıq-2015" seçki blokunun noyabrın 1-də keçiriləcək parlament seçkilərini boykot edəcəyi barədə səsləndirdikləri fikirlər inandırıcı deyil. AMİP rəsmisi deyib ki, bu blok sonadək seçkilərdə iştirak edəcək. Əli Orucov daha bir vacib məsələyə toxunub və bildirib ki, əslində, KXCP-nin boykot çağırışları hansısa istəyini reallaşdırmağa ümid etməsinə hesablanmış addımdır. AMİP təmsilçisi, ümumiyyətlə, bu taktikanın doğru olmadığı qənaətində olduğunu bildirir: "Ümumiyyətlə, boykot taktikası düzgün taktika deyil və bunu Azərbaycanda həyata keçirmək mümkün deyil."

Əli Orucov: "Bunu dərk edən siyasi qüvvələr seçki marafonuna qoşulub və ciddi mübarizə aparmaq niyyətlərini də ortaya qoyub"

Əli Orucov buna qədər də bir sıra müxalifət partiyalarının öz ümidlərini Avropa və Qərb təşkilatlarına bağladıqlarını və nəticədə heç bir səmərə əldə edə bilmədiyini xatırladıb. Bu baxımdan, KXCP-nin yaxud da digərlərinin özlərini kənar tutmaqla kimlərinsə gəlib onların yerinə nə isə dəyişəcəyinə ümid etmək sadəlövlükdür. Sitat: "Bunu dərk edən siyasi qüvvələr seçki marafonuna qoşulub və ciddi mübarizə aparmaq niyyətlərini də ortaya qoyub. Ölkənin aparıcı siyasi partiyaları, o cümələn, AMİP sonadək prosesi aparacaq. Yerdə qalan xırda-para partiyaların seçkilərdə iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək və bu heç hiss olunmayacaq da."

Müxalifət hər hansı uğur qazanmaqdan ötrü heç bir siyasi hadisədən geri qalmamalıdır

Beləliklə, AMİP rəsmisi hətta KXCP-nin seçkilərə qatılmaması halında buinun "Azadlıq-2015" seçki blokuna təsir etməyəcəyini bildirib və göründüyü kimi, Mirmahmud Mirəlioğlunun rəhbəri olduğu siyasi təşkilatı "kiçik" kimi təqdim edib. Eyni zamanda, Əli Orucov bu cür "siyasi taktikaların" səmərəsiz olduğunu deməklə, sübut edib ki, müxalifət hər hansı uğur qazanmaqdan ötrü heç bir siyasi hadisədən geri qalmamalıdır. Göründüyü kimi, artıq "Azadlıq-2015" seçki bloku adından çıxış edən KXCP-nin boykot iddiasının seçki prosesinə heç bir təsiri ola bilməz.

Mübariz QULİYEV

Digər xəbərlər