AXCP sədri Əli Kərimlinin adamlarının sosial şəbəkələrdə əxlaqi normalara zidd statuslar paylaşmağı heç kimə sirr deyil. Onlar fərqli düşüncə sahiblərini təhqir etməyi özlərinə "vəzifə borcu" bilir, bununla sanki Əli Kərimli qarşısında öyünmək fürsəti əldə edirlər. Son olaraq sosial şəbəkələrdə Əli Kərimliyə yaxınlığı ilə bilinən Ayət İsmayıl adlı gənc "liderini" despotizm, avtoritarizmdə günahlandırır və onun təzyiqlərinə məruz qalanlarla təhqiredici status paylaşıb. Beləliklə də bu şəxslərin nəinki özlərini, hətta ailələrini alçaldıcı ifadələrlə təhqir edib, bəzilərinə də öz çirkin, tərbiyəsiz, əxlaqsız əməllərini davam etdirməyə meydan verib. Əli Kərimlinin göstərişi ilə hərəkət edən cəbhəçilər AXCP-dən istefa verənləri alçaltmaq üçün söyüş "yarış"ına çıxırlar. Zaman-zaman ləyaqətli insanları ləkələməyə çalışan cəbhəçilərin əsas böhtan maşını "Azadlıq" olsa da, sosial şəbəkələrdə də aldığı tərbiyəyə uyğun statuslar yazan cəbhəçilər var.
Maraqlısı odur ki, bu əxlaqsız statusu bəyənənlər arasında Müsavatın divan üzvü İbrahim İbrahimli də var. Statusu bəyənənlərdən biri də AXCP-nin Əli Kərimli qanadının üzvü, Sabirabad rayon Türkədi kənd orta məktəbinin müəllimi, "dindar" Sahib Rüstəmlidir. Sahib Rüstəmli həm də AXCP-nin Əli Kərimli qanadının Sabirabad şöbəsindən ali məclisin üzvü, "Azadlıq" qəzetinin əməkdaşıdır. Hər zaman özünün dinə bağlılığı ilə öyünən, özünü dindar kimi qələmə verən məktəb müəlliminin bu hərəkəti- əxlaqsızlığa dəstək verməsi, onun təlim-tərbiyə prosesində fəaliyyətini şübhə altında qoyur.
Öz statuslarında məmurları, cəbhəçi kimi düşünməyən insanları təhqir edən, qeyri-etik ifadələr işlədən "müəllim" həqiqətənmi şagirdlərə tərbiyə, təhsil vermək haqqına malikdir? Əxlaqsız fikirlərin altından öz imzasını qoyan "müəllim" qarşısındakı şagirdlərə- Azərbaycanın gələcəyi dediyimiz uşaqlara nə öyrədəcək? Onlara əxlaqdan, mənəviyyatdan, tərbiyədən danışmağa utanmayacaqmı? Heç şübhəsiz ki, bu tip "müəllim"lərin şagirdlər qarşısında mənəviyyatdan, əxlaqdan, elmdən, təhsildən danışması gələcəkdə böyük fəsadlar yarada bilər. 90-cı illərin əvvəllərində şagirdlərinə qarşı əxlaqsız hərəkətlər edən cəbhəçi müəllimlərin azmı şahidi olmuşuq? Hələ indiyə qədər də Əli Kərimlinin yanında fır-fır fırlanan "süpürgəcilər", "demokratlar" vaxtilə şagirdlərə qarşı etdikləri qeyri-insanı hərəkətləri ilə "ad" qazanıblar. Bu cür insanlar ifşa olunmalıdır ki, valideynlər yaşına, müəllim adına hörmət etməyən belə şəxslərdən övladlarını uzaq tutsunlar.
Samir