PDF Oxu

Müxalifət

  • 1 869

Eldəniz Quliyev süpürgəçilikdən sonra donuz fermasını da təmizləməli olacaq

image

Razi Nurullayevin tərəfdarları onlara qarşı edilmiş təhqirə qaşrı məhz bu cür cəzanın kəsliməsini istəyirlər

"Milli Şura"nın üzvü, xüsusilə AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən Eldəniz Quliyev haqqında bir qrup şəxs tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Qeyd edək ki, "Milli Şura" üzvündən şikayət edənlər də cəbhəçilərdilər. Onlar hazırda Razi Nurullayevin ətrafında birləşərək, AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin tərkibində fəaliyyət göstərirlər. Yəni məsələ ondadır ki, Eldəniz Quliyevin 5 sentyabr 2015-ci il tarixdə "facebook" sosial şəbəkəsində Razi Nurullayev tərəfdarlarının şəkillərini paylaşaraq, onları təhqir edən status yazıb. Statusda Nurullayev tərəfdarları təhir olunaraq, Eldəniz Quliyev tərəfindən "eşşək" adlandırılıb. Sitatı təqdim edirik :"Bu şəkili görəndə Məşədi İbadın qonaqlıq səhnəsini xatırladım!.. Fərq təkcə budur ki, o məşhur səhnə gülməli, bu cılız səhnə isə ürəkbulandırandı! Hamı bilir ki, quşlar cəmləşib səf yaradır, durnalar düzülüb qatar-qatar uçur, qoyunlar yığışıb sürü olur, iribuynuzlular birləşib naxıra, atlar toplaşıb ilxıya çevrilirlər... Amma anlaya bilmirdim ki, bəs indiyəcən uzunqulaqların cəminə niyə fikirləşib bir ad qoymayıblar, axı?.. Sualın cavabı bu şəkilə baxanda aydın oldu! Yəni şəkildə gördüyümüz belə yığınağa ad tapmaq eynən uzunqulaq topasına ad qoymaq kimi, qeyri-mümkün məsələ, bəlkə də bihudə bir işdir. Qoy indi -üzr istəyirəm,- şıllaqlayıb ağnasınlar!.. Dəsmal götürüb ağlamaqları isə, heç şübhəsiz ki, hələ qabaqdadır!"

Göründüyü kimi, təhqir edilən cəbhəçilər haqlı olaraq, Eldəniz Quliyevdən hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayətçilər təhqir edildiklərini əsas gətirərək Eldəniz Quliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham olunmasını tələb edirlər. Onların sözlərinə görə, sonrakı mərhələdə məsələ məhkəmə müstəvisində həll ediləcək.

Lakin onların şikayətçilərin tələblərinə gəlincə, bu, çox maraq doğurmaqdadır. Belə ki, Razu Nurullayevin tərəfdarları bundan öncə də cəza almış və süpürgəçiliklə məşğul olmuş Eldəniz Quliyevin indi donuz fermasında təmizlik işinə cəlb edilməsini istəyirlər. Onlar öz tələblərində israrlı olduqlarını da qeyd edirlər. Beləliklə, əgər biz bu günlərdə Eldəniz Quliyevin haradsa donuz otarıb, onların altını təmizlədiyi barədə fotoşəkillərni görsək, gərək buna təəccüb etməyək. Onsuz da o, bu kimi ictimai işlərlə günahını yumağa alışqandır.

Rövşən RƏSULOV

P.S. Görəsən nə olar ki, Əli Kərimli bir dəfə də ona görə küçə süpürən, indi də donuz altı təmizləməyə hazırlaşan Eldəniz Quliyevə dəstək kampaniyası aparıb, onun yerinə işləsə?! Məgər Əli Kərimli Eldəniz Quliyevdən artıq zaddır, yoxsa Eldəniz Quliyev Əli Kərimlidən əksikdir?!

Digər xəbərlər