AXCP sədri istəsə də, istəməsə də noyabrda gedəsidir
AXCP sədri Əli Kərimlinin siyasi səhnədəki uğursuz fəaliyyətinin sonuna sayılacaq günləri qalıb desək, yanılmarıq. Belə ki, artıq partiyanın böyük bir qisminin qopduğu və hazırda AXCP Etimad Qurultayı Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyi bir zamanda Əli Kərimli dirəndiyi dalandan çıxa bilməyəcəyini yəqinləşdirib. Artıq 30-dan çox (!) rayon və şəhərdə bərpa konfransları keçirən AXCP EQTK nəzərdə tutulan işləri vaxtında tez yekunlaşdırmaq üzrədir.
AXCP-nin bölgə şöbələrinin bir qismi də anidən öz fikirlərini dəyişib, Nurullayev cəbhəsi qanadna keçdiklərini bildiriblər
AXCP adına iddialı olduqlarını, hətta bu ad üçün barışmaz mübarizə aparacaqlarını deyən əks-tərəf tam əminliklə deyirlər ki, Əli Kərimli hətta istəməsə belə, zor gücünə AXCP sədrliyindən çölə atılacaq. Bu baxımdan, cəbhəçilərin əsas hədəflərindən biri də qurultaya qədər rayonların sayının 50-60-a çatdırılmasıdır. Hətta son ana qədər Əli Kərimliyə dəstək verdiklərini bəyan edən AXCP-nin bölgə şöbələrinin bir qismi də anidən öz fikirlərini dəyişib, Nurullayev cəbhəsi qanadna keçdiklərini bildiriblər.
Ancaq məsələnin daha bir maraqlı məqamı Əli Kərimlinin ətrafında qalan və xüsusilə sosial şəbəkədə "söyüş qrupu" kimi tanınan adamlarınn hələ də iş başında qalmalarıdır. AXCP sədri gedəcəyini bilə-bilə, bu baxımdan kompromisə gedib, siyasi çulunu sudan quru çıxarması yerinə narazı cəbhəçilərin təşəbbüslərini söyüş və təhqirlərlə qarşılayır ki, bu da onun özünə vurduğu zərbədir.
Siyasi manyaklığın ağır nəticəsi
Beləliklə, qurultayın vaxtı yaxınlaşdıqca nə edəcəyini bilməyən AXCP rəhbərliyi mümkündür ki, söyüş və təhqirlərin sayını artırmaqla dolayı yolla məğlubiyyətlə barışdıqlarını əvvəldən elan edirlər. Kərimli, həmçinin onu da dərk edir ki, qurultaydan sonra o, nə partiya yarada biləcək, nə hər hansı digər müxalifət partiyasına sədr nədir, heç sıravi kimi də qəbul edilməyəcək. Bundan sonra isə onun yalnız bir vəziyyətdən çıxış yolu olacaq ki, o da başını götürüb ölkədən qaçsın. Ancaq burada da Əli Kərimlinin bildiyimiz kimi bir problemi var - pasport məsələsi. Pasport əldə edəcəyi halda isə o, böyük ehtimalla Avropada məskunlaşmağın yollarını axtaracaq. Təbii ki, orada onu uzun illərdir ki, maddi cəhətdən təmin edən erməni lobbisi, o cümlədən, ümumtürk dünyasına qarşı çıxan islamofob, ksenofob, eləcə də siyasi manyaklqla məşğul olub sərsəm siyasətlər yürüdən qərbli dostları da qarşılaya bilər.
Sonda isə Əli Kərimli onu iknar edən müavinlərinin "bir azca da döz" mahnılarına dözmədiyini sərgilədi. Yəni AXCP sədri istəsə də, istəməsə də noyabrda gedəsidir.
Mübariz QULİYEV