PDF Oxu

Müxalifət

  • 1 624

Arif Hacılı indi də qadınları hədəfə alıb

image

KÖŞƏ YAZISI

Bəli, Arif Hacılı haqqında növbəti şok fakt ortaya çıxıb. Sən demə, o, həm də tərbiyəsiziymuiş. Bunu da ki, mən deyil, elə uzun illər onunla çiyin-çiyinə "siyasi mübarizə" aparmış Ellada Məmmədli deyib. Demə, Arif Hacılının sədr kimi hansı müsavatçı qadından xoşu gəlmirsə, onu söyür və təhqir edir. Məsələn, partiyanın qadınlar birliyinin sabiq sədri, hazırda ADR hərəkatının təsisçilərindən biri olan Ellada Məmmədli hələ indi-ndi görünməyən tərəfləri cəmiyyətə açıqlıayır. Məsələn, deyir ki, partiyanın qadınlar birliyindən istefa verməsinə səbəblərdən biri də məhz Hacılının müəyyən qeyri-etik davranışları olub.

Sabiq müsavatçı: "Onu dünyaya qadın gətirməyib, ailəsində də ana-bacısı yoxdur"

Sitat: "...İstefa verən xanımlar Arif Hacılının qruplaşmasına daxil deyillər. Arif Hacılının cılız bir qrupu var. Bunu hamı bilir. Arif Hacılının belə bir fikri var ki, onun xoşu gəlməyən onunla deyil. Bu qrupa aid olmayanları yanından qovmaq üçün bütün üsullara əl atır. Elə bilirsiz ki, onlar qadınlara hücum etməyiblər? Qapalı qrupda qadınlara qarşı elə biədəb sözlər deyirlər ki, dilə gətiriləsi deyil. Bunu edənlər isə Arif Hacılı qrupunun nümayəndələridir. Qadın haqqında kişi pis rəy yazırsa, deməli, onu dünyaya qadın gətirməyib, ailəsində də ana-bacısı yoxdur. Bunlar qadınlarla ən iyrənc üsullarla mübarizə aparırlar. Hansı ki, bu ifadələr dilə gətiriləsi deyil".

Adlarını kişi qoyub...

Göründüyü kimi, Arif Hacılı və qrupundakılar azadfikirli qadınlardan qorxduqlarına görə, onları iyrənc vasitələrlə partiyadan uzaqlaşdırırlar. Demək, belə anlaşılır ki, istər idarəçilikdə, istərsə də şəxsiyyətlərində kifayət qədər qüsurlar var və bir-bir üzlərinə saymaq olar. Əlbəttə, Hacılı və ətrafı onları tənqid edən qadınlardan qorxduqlarına görə, onları təhqir edirlər. Necə deyərlər, adlarını kişi qoyub, kişiliyə yaraşmayan hallara rəvac verirlər. Nədi-nədi, onu tənqid edən müsavatçı qadınlar partiya daxilindəki haqsızlığa qarşı mübarizə aparırlar.

Beləliklə, hazırda Müsavatda anormal vəziyyətin yaşanması indi də başqa məcraya yönəlib. Hansı qadın etiraz edirsə, olur söyüş mənbəyi. Yəni partiyada Hacılı qardaşları cılız bir qrupla idarəçiliklə məşğuldur. Ona görə də partiyadakılar abırlarına qısılaraq istefa verirlər. Bu isə utancverici bir haldır açığı...

Maraqlıdır, görəsən bunlar parlament seçkilərinə hansı üzlə gedirlər? Yoxsa seçilib orada da söyüş söyəcəklərinə ümid bəsləyirlər? Əbəs! Çünki onların yerləri parlament kreslosu deyil, pozğun və tərbiyəsizlər toplumunun taxta oturacaqlarıdır ki, elə bil həmin oturacaqlar Arif Haıclının və ətyrafının sanki boyuna biçilib...

RƏFİQƏ

Digər xəbərlər