PDF Oxu

Müxalifət

  • 1 602

Müxalifət AXCP-nin qurultayında niyə iştirak etmədi?

image

"Siyasi etika deyilən anlayış var"

Məlum olduğu kimi, AXCP sentyabrın 27-də qurultay keçirdi. Günün əsas müzakirə mövzularından birinə çevrilən AXCP-nin qurultayı bir çox "cəhət"ləri ilə yadda qaldı. Radikal cəbhəçi, Kərimli zombilərinin "obyektiv"liyi nəticəsində Əli Kərimli yenidən partiya sədri seçildi. Lakin qurultayda diqqətçəkən əsas məqamlardan biri müxalifət nümayəndələrinin tədbirə qatılmaması idi.

AXCP qurultayına dəvət olunmayanlar sırasında "AĞ blok", Müsavat partiyası və Azərbaycan Xalq Partiyası da var da var.

"AĞ blok"un həmtəsisçisi Tural Abbaslı siyasi etika baxımından belə tədbirlərə digər qurumların dəvət olunmasının vacibliyini vurğuladı: "Dəvət olunmadan, belə tədbirlərdə özfəaliyyətlə iştirak etmək doğru olmaz. İştirak edən qurumlar da dəvətlə olur. Qonaqların çıxışına söz verilib-verilməməsi kimi məsələlər ortaya çıxır. Hər şey əvvəlcədən müəyyən edilmiş protokoldan asılıdır. Siyasi protokola görə, digər siyasi qurumların dəvət olunması vacib idi. Dəvət etməmək o deməkdir ki, digər qurumların iştirakını istəmirlər. İstənilməyən yerdə təbii ki, biz və digər təşkilatlar iştirak etmərik. Amma dəvət etsəydilər, məmnuniyyətlə iştirak edərdik. Son zamanlarda siyasi etika, mədəniyyət Azərbaycan siyasətində formalaşmışdı. Xatırlayıram ki, Müsavat və digər qurumlar hakim partiyanı belə qurultaylarına dəvət edirdlər. Hakim partiya da dəvətlər edirdi. Təəssüflər olsun ki, bu ənənənin üstündən xətt çəkildi. Artıq müxalifət partiyası digər müxalif qurumu belə öz tədbirlərinə dəvət etmir. Çox acınacaqlı vəziyyətdir. Siyasi ənənələri yaşatmaq lazımdır. Bütün dünyada qəbul olunmuş siyasi etika deyilən bir anlayış var. Gələcəkdə bu cür tədbirlərdə digər müxalif qurumların da dəvət olunmasının vacibliyini bir daha diqqətə çatdırmaq istəyirəm".

Müsavat partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı AXCP qurultayına dəvət almadıqlarına görə iştirak etmədiklərini bildirdi: "Biz partiya olaraq, bu tədbirə dəvət almamışdıq. Ona görə də bu məsələ partiyada müzakirə olunmayıb".

Azərbaycan xalq partiyasının sədri Pənah Hüseyn də AXCP qurultayına dəvət olunmadığını söylədi: "Bizi dəvət edib-etməmək onların daxili məsələləridir. Dəvət olunmadığıma görə də iştirak etmədim".

Samir

Digər xəbərlər