PDF Oxu

Müxalifət

  • 1 766

Əli Kərimlinin qoçu dəstəsi işə başladı

image

Narazılar döyülür və təhdid edilir

Məlum olduğu kimi, AXCP-nin sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahim AXCP Etimad Qurultayı təşkilat komitəsinin ali məclisinin üzvü Mikayıl Quliyevi döyüb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları M.İbrahimi etdiyi bu qoçuluğuna görə həbs ediblər.

AXCP-də döyülmə halları müşahidə edilir

Qeyd edək ki, Əli Kərimlinin ətrafındakıların qoçuluq etmələri nə birinci, nə də axırıncıdır. Belə ki, bir müddət bundan öncə AXCP rəyasət heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülən partiyanın keçmiş üzvü Ağaşirin Tanrıverdioğlu olub. Bunun ardınca isə, gənc partiya funksioneri Mikayıl Quliyev döyülüb. M.Quliyev bildirib ki, Nərimanov rayonu ərazisində evinə gedərkən, Əli Kərimlinin müşaviri Məmməd İbrahim ona yaxınlaşaraq əvvəl Razi Nurullayevə qoşulduğu üçün onu təhqir edib və Razi Nurullayevin ətrafındakı insanların ünvanına ağır təhqiramiz ifadələr işlədib.

Narazılar həm də söyüş "yağışına" tutulurlar

Partiyanını keçmiş üzvü, təhqir və söyüşlərə məruz qalan Ağaşirin Tanrıverdioğlu bildirib ki, Əli Kərimli partiyadan istefa verənləri əvvəlcə söyür və təhqir edir, sonra da döydürür: "AXCP sədri tərəfdarları fərqli düşüncə sahiblərini təhqir etməyi özlərinə "vəzifə borcu" bilir, bununla sanki Əli Kərimli qarşısında öyünmək fürsəti əldə edirlər. Əli Kərimlinin göstərişi ilə hərəkət edən, təhqiri siyasi mübarizə üsulu sayırlar. Bu azmış kimi, AXCP sədri cəbhəçilərin cəbhəçi olmayan insanlarla danışmasını da qadağan edib".

Göründüyü kimi, AXCP-də sular durulmur. Partiya sədri Əli Kərimlini tərk edənlərin sıraları genişlənir, nəticədə Əli Kərimlinin AXCP daxilində yaratdığı antidemokratik rejimə qarşı çıxanlar döyülür və təhqir olunurlar. Beləliklə, AXCP-də baş verən son hadisələr, Əli Kərimlinin əsl simasını nümayiş etdirməklə yanaşı, həm də Əli Kərimli "epoxa"sının sona yetmək üzrə olmasından xəbər verir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər