PDF Oxu

Müxalifət

  • 1 767

Əli Kərilmi Şuşa, Xəzər və Salyan şöbələrindən də əlini üzdü

image

Razi Nurulılayev isə mövqelərini möhkəmləndirməkdə davam edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Razi Nurullayev qanadına daha bir neçə rayon şöbələrinin bütövlükdə qoşulması artıq onu göstərir ki, təşkilatın saxta və qeyri-legitim sədri Əli Kərimlinin siyasi sonu yaxınlaşıb. AXCP rayon şöbələrinin ard-arda istefa verib, Razi Nurullayevin ətrafında birləşmək qərarları isə onun mövqelərini daha da möhkəmləndirib. O da bəllidir ki, Nurullayevin rəhbəri olduğu AXCP Etimad Qurultayı təşkilat komitəsinin yaxın günlərdə öz qurultayını da keçirəcək.

Əli Kərimlinin qeyri-legitim və saxta sədrliyi bütün qanun məcraları əsasında sübuta yetirilmiş olacaq

Bu arada Əli Kərimlidən imtina edənlərin rayonlar üzrə konfransları da ardıcıl qaydada davam edir. "SƏS"ə daxil olan məlumata görə Şuşa, Xəzər və Salyan cəbhəçiləri keçirdikləri konfransda Razi Nurullayevi dəstəkləyərək, AXCP EQTK sıralarına qoşulduqlarını bəyan ediblər. Şuşa konfransında Ceyhun Həsənov sədr, Pərviz Dadaşov isə ali məclis üzvü seçilib.Xəzər rayonunda keçirilən konfransda da seçki baş tutub. Zaur Əliyev bundan sonra rayon təşkilatının sədri, Elşən Qafarov isə ali məclis üzvü olacaq. Salyanda keçirilən səsvermədə Samir Muradov sədr seçilib. Elçibəy Məmmədov isə rayon təşkilatını ali məclisdə təmsil edəcək. Beləliklə, Razi Nurullayevin Əli Kərimlinin əlindən möhür və ştampı qanuni yolla alacağı barədə bir neçə ay öncə irəli sürdüyü iddia demək olar ki, reallaşmaq üzrədir. Əgər bu iddia sona çatdırılarsa, özünü AXCP-nin sədri kimi təqdim edən Əli Kərimlinin qeyri-legitim və saxta sədrliyi bütün qanun məcraları əsasında sübuta yetirilmiş olacaq.

Əli Kərimlinin mövcud vəziyyəti onun siyasi həyatının yalnız bir tükdən asılı olduğunu isbatlayır

Yeri gəlmişkən, daha bir maraqlı məqam AXCP-nin Əli Kərimli qanadının keçirdiyi qurultayla bağlıdır. Artıq bəlli olub ki, həmin qurultayda sədrliyə namizədliyini irəli sürmüş, ancaq təzyiqlər və təhdidlər vasitəsilə sonradan öz namizədliyini geri götürmüş Sahib Kərimlinin tərəfdarları qurultayın nəticələrini tanımadaqlarını bəyan edirlər. Məhz bu amil də Əli Kərimliyə vurulan növbəti zərbə kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, Əli Kərimlinin mövcud vəziyyəti onun siyasi həyatının yalnız bir tükdən asılı olduğunu isbatlayır. Bununla da AXCP-nin avtoritar və diktatura rejimli idarəçiliyinə demək olar ki, son qoyulur. Ölkədə normal müxalifətçilik tendensiyasını yürütmək istəyində olduğunu qeyd edən Razi Nurullayev də məhz bu səbəbdən, Əli Kərimliyə qarşı açıq savaş elan etdiyini danmadığını sözügedən prosesləri həyata keçirməklə, Əli Kərimlinin ətrafını özünə tərəf cəlb etməklə, sübuta yetirmiş olur.

Rövşən RƏSULOV

Digər xəbərlər