PDF Oxu

Müxalifət

  • 1 725

25 oktyabrda Müsavatı nə gözləyir?

image

"Müsavat mitinq keçirməsə, çirkli pullar ala bilməz"

Müsavat partiyası mitinq keçirmək haqqında qərar qəbul edib. Belə ki, oktyabrın 25-də keçirilməsi planlaşdırılan mitinqə icazə verilərsə, Müsavat partiyasının mövsümü, 40-50 adamla müşayiət olunan piketinin şahidi olacağıq. Bunu özləri də başa düşürlər ki, müsavatçıları mitinqə gətirmək elə də asan olmayacaq. Çünki 25 ildir eyni şüarları eşidən, eyni liderlərin şirin vədlərinə aldanan insanlar anlayırlar ki, köhnə meydandakı simalarla bundan sonra bir addım belə atmaq mümkün olmayacaqdır. Dəfələrlə qeyd etdiyimiz bir məqam var: Müsavat və AXCP nə üçün yayda və qışda mitinq keçirmir? Demokratiyanın fəsilimi olur? Niyə məhz sərin havalarda, payızda və yazda müxalifətin demokratiya eşqi dombalır?

Məsələ ilə bağlı "SƏS" qəzetinə danışan Bütöv Azərbyacan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, Müsavat və AXCP-nin keçirdiyi mitinqlərin xalqla heç bir bağlılığı yoxdur, bu mitinqlər bir qrup adamın məqsədinə xidmət etdiyi üçün mövsümü xarakter daşıyır: "Müsavat özbaşına mitinq keçirmir. Onlar xaricdən aldıqları təlimatlar əsasında aksiyalar təşkil edərək bir müddət özlərini dağa-daşa vururlar. Əgər bunu etməsələr, qrant ala bilməzlər. Mitinq üçün radikal qruplaşmalara verilən vəsaitlərin hamısı çirkli pullardır. Bu yaxınlarda məlum oldu ki, Norveç krallığının ayırdığı qrantlar orada nazirin dövlətdən gizlədiyi, ofşor zonalardan əldə etdiyi, mənbəyi bilinməyən, təxribatçı qurumlardan alınan pullardır. Mitinqin vaxtı, günü, saatı olmur. Danışanda deyirlər ki, xalq bizim tərəfimizdədir. Əgər belədirsə, niyə ildə iki dəfə mitinq olur? Xalq ildə iki dəfəmi etiraz edir? Bu qədər gülünc və mənasız çıxışlar edirlər. Sentyabrın 25-də keçiriləcək mitinqdə bir neçə nəfərlə müşaiyət olunacaq. Sadəcə, onları ciddiyə almaq lazım deyil".

Müsavatın izdihamlı mitinq keçirmək qabiliyyətinin olmadığını vurğulayan politoloq Vüqar Əsgərov "SƏS" qəzetində açıqlamasında qeyd etdi ki, seçkilər yaxınlaşdığı üçün xaricdən alınan pulları silmək üçün görüntü yaratmaq məqsədilə mitinq keçirmək lazımdır: "Müsavat buna görə mitinq keçirmək istəyir. Faktiki olaraq bu gün Müsavatda kimin başqan olub-olmadığı bilinmir. Partiyanın daxilindəki problemləri həll edə bilməyən kiçik bir qruplaşmanın mitinq keçirib millətin problemlərindən danışması axmaqlıqdan başqa bir şey deyil. Öz problemlərilə məşğul olsalar, daha yaxşı olar. Məsələn, deputatlığa namizədlərinin normal təbliğat-tğşviqat işləri ilə məşğul olsunlar".

Samir

Digər xəbərlər