PDF Oxu

Müxalifət

  • 1 888

Radikallar boykot olunduqlarının fərqinə varıblarmı?

image

Söz yox ki, "boykot" yolunu seçmiş radikal müxalifət seçkilərə məhz öz zəfiliyi və gücsüzlüyü səbəbindən qatılmır. Ancaq buna daha bir səbəb radikalların xarici ağalarından aldıqları növbəti təlimatlarıdır. Məsələn, biz onu da yaxşı bilirik ki, parlament seçkiləri bitər-bitməz "Milli Şura" və Müsavat, o cümlədən, seçkilərdə seçicilərinin səsini qazana bilməyən müxalifətçi namizədlər yenə də "Məhsul" stadionunda mitinq keçirəcəklər. Təbii ki, mitinq keçirmək hər bir demokratik prinsiplərlə inkişaf edən ölkədə tamamilə normal haldır. Amma mövcud proseslərə və məqamlara diqqət yetirəndə "Milli Şura"nın, AXCP-nin, Müsavatın seçki iddiaları və mitinq "həvəs"inin anormallığına əmin olmaq heç də çətin deyil.

Məsələn, bəllidir ki, budəfəki seçkinin də nəticələri bir daha göstərəcək ki, radikal düşərgə Azərbaycan cəmiyyəti tərəfindən əvvəldə olduğu kimi dəstəklənmir. Biz bu amili hələ 2013-cü ilin prezident seçkilərində və ondan öncəki parlament və prezident seçkilərində də görmüşük. Bu baxımdan, radikal düşərgənin seçkinin nəticələrilə bağlı cığal mövqeyi açıq-aşkar görünür və kimsənin onların bu mövqeyini, narazılıqlarını dəstəkləyəcəyi ağlabatan deyil. Demək, birincisi, bu mitinqlər təbii ki, qurumun əvvəllər də keçirdiyi mitinqlər kimi, sosial sifarişin nəticəsi deyil, sosial sifarişin əksinə olan mitinqlər olacaq. Ona görə də bu aksiyalara "iştirakçı" qismində yalnız ənənəvi müxalifət partiyalarının köhnə üzvlərinin və simalarının yığılmasına ümid qalır...

Maraqlısı da budur ki, radikallar indi seçki başlamamış da mitinq keçirmək fikrindədirlər. Ancaq haraya qədər? Elektorat yox, dəstəkçi yox...

Beləliklə, planlaşdırılan mitinqlərdə meydanın yenə dolmaması, boş qalması bir daha göstərəcək ki, seçkiyə qarşı etiraz "elektoratı" çox cüzidir və onlar elə radikal düşərgədən o yana keçmirlər. Üstəlik, son günlər istər "Milli Şura"dan, istər AXCP-dən, istərsə də Müsavatdan kütləvi istefalar və qopmalar baş verir. Bundan başqa, radikallar mitinqə adam yığmaq üçün ciddi maliyyə çətinliyi çəkirlər. Artıq kimsəyə sirr deyil ki, müxalifətin mitinqləri indiyə qədər adambaşına pulla şirnikləndirmə ilə baş tuturdu ki, indi bu sarıdan da radikallar ciddi qıtlıq çəkirlər. Perspektivsiz olmaları üzündən onların xarici maliyyə kanallarının kəsilməsi mitinqlərin maliyyələşdirilməsini olduqca müşkül işə çevirib. Bundan başqa, radikalların mitinqdə insanlara yeni heç nə deyə bilməmələri, yalnlz monoton nitqə və tənqidə üstünlük vermələri elə onların partiya üzvlərini də vaxtından əvvəl mitinqdən qaçırdır. Necə ki, özləri qorxularından seçkilərdə iştirakdan qaçırlar. Maraqlıdır, seçkiləri boykot edən radikallar özlərinin ictimai rəy tərəfindən boykot olunduqlarının fərqinə varıblarmı?

RƏFİQƏ

Digər xəbərlər