Tural Abbaslı: "Gülağa Asalanlını da Müsavatdan çıxaracaqlar"
"Müsavat Partiyasının qurultayından bu günə qədər partiyada heç bir müsbət fikir birmənalı qəbul olunmur. Yəni qurultaydan bu yana bütün hadisələrə və addımlara qiymət Arif Hacılının qrup maraqları çərçivəsindən verilir". Bu fikirləriSİA-ya açıqlamasında "Ağ Blok"un sədri, Müsavat Divanının sabiq üzvü Tural Abbaslı Müsavat başqanı Arif Hacılının ona qarşı başlatdığı növbəti hücumlara münasibətini bildirərkən deyib.Tural Abbaslı qeyd edib ki, onun seçkidən sonra partiya sıralarından kənarlaşdırılması real görünür: "Bu, realdır. Əgər qrup maraqlarına cavab verməsə Gülağa Aslanlını belə "satqın" kimi kənarlaşdırıla bilmək Hacılı üçün çətin məsələ deyil. Burada verilən və verilə biləcək qərarları siyasi məntiqlə deyil, şəxsi siyasi ambisiyalarla analiz etmək lazımdır. Həm seçilməsindən 1 il keçməsinə baxmayaraq partiyanı yarım addım belə qabağa apara bilməyən, əksinə daha da zəiflədən komandanın atacağı addımlar mənim üçün çox maraqsızdır".
sia.az