Müxalifət dağılma prosesini başa vurub, məhvolma mərhələsinə adlamqdadır. Artıq demək olar ki, əksər müxalifət partiyaları fəaliyyətlərini dayndırmaqdadır. Baxmayaraq ki, bəzi partiya funksionerləri müxtəlif məzhəkələr qurmaqla problemləri aradan qaldırmağa və ən azı siyasətdə qalmağa cəhdlər gösərirlər. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ümidsiz və zəif durumda olan dağıdıcı müxalifət liderləri düşdükləri böhranlı vəziyyətdən çıxmaq üçün müxtəlif şou və məzhəkələr qurmaqdadırlar: "Demək olar ki, müxalifət təmsilçiləri icazəsiz aksiyalar keçirməsi onların ağır depresiya vəziyyətinə düşmələri ilə əlaqələndirdi. Yəni radikal müxalifət düşərgəsində olan qüvvələrin ölkədə kütləvi aksiyalar keçirməyə heç bir siyasi gücü yoxdur. Müxalifət liderləri ilk öncə, təmsil etdikləri partiyaların quruculuğuna fikir verməli və islahatlar aparmalıdılar. Ölkəmizdə fəaliyyət göstərən dağıdıcı müxalifət partiyalarının əksəriyyəti 1990-ci illərdən necə yaranıbdırsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır. Həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədilər. Adıçəkilən partiyalar sədrlərindən və ətrafında 3-4 nəfərdən ibarət olaraq qalıbdır. Bütün bunlarda onların zəif şəkildə inkişaf etməsindən xəbər verir. Dağıdıcı müxalifət partiya liderləri öz varlıqlarını ölkədə icazəsiz akskiyalar keçirməklə bildirmək istəyirlər. Amma onların bu istəklərinin həyata keçməsi qeyri-mümkündür. Çünki Azərbaycan demokratik hüquqi dövlətdir. Demokratik hüquqi dövlətdə, qanunsuz keçirilən istənilən aksiyanın qarşısı alınır".
T.Novruzov onu da bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət partiyalarının zəif olmasının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Adıçəkilən partiya sədrləri öz səhvlərini, öz içərlərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar.
T.Novruzov onu da qeyd etdi ki, dağıdıcı müxalif partiyalara yeni sədrlərin əvəz olunması ilə partiyalarda hər hansı bir müsbətə doğru canlanma baş verə bilməz: "Yəni sözügedən partiyalardan yenidənqurma işləri və islahatlar aparılmalıdır. O cümlədən, demokratizim təmin olunmalıdır. Bir sözlə, bu partiyalarda işləyən hər bir partiya üzvünün səsi eşidilməlidir. Amma müxalifət partiyalarında, partiya sıdrlər nə deyirsə, hamı üçün mütləq qəbul olunur. Əslində isə, bu demokratiya və partiya demək deyul. Ona görə də, yalnız hər bir partiya üzvünün səsi eşidiləcək təşkilatlar inkişaf edə bilər".
GÜLYANƏ