PDF Oxu

Müxalifət

  • 2 644

Əli Kərimlinin iflasa uğramış gənclər siyasəti

image

Azərbaycan dövlət müstəqilliyi qazandığı ilk illərdən hakimiyyət başında olub ölkəni uçuruma aparan "yarıtmaz liderlər" bu gün də özlərinin hakimiyyət xülyaları ilə yaşamaqdadırlar. Xarici havadarlarının hərtərəfli dəstəyi ilə "silahlanmış" müxalifət liderləri xalqa yalançı vədlər verərək mitinqlər keçirir, populist çıxışlar etməklə öz niyyətlərini reallaşdırmağa çalışırlar.

Təəssüf ki, bu vədlərə aldanan "qurban"ların əksəriyyəti gənclərdir. Hansı gənclər ki, bu cür "liderlər"ə aldanaraq ölkəmizdə sabitliyi pozmağa cəhdlər edir və bununla da öz gələcəklərini sual altında qoyurlar. Başda AXCP sədri Əli Kərimli olmaqla gələcəyimiz olan gənclərimizi öz təsir dairəsinə salaraq onların beyinlərinə "kərimliçilik" virusunu yeridən müxalifət liderləri ölkəmizin gələcəyini də məhvə sürükləyirlər.

Gənclərimizi anti-dövlətçiliyə səsləyən, ölkənin milli maraq və mənafelərini öz şəxsi maraqlarına satan bu "lider"lər kimə lazımdır? Təbii ki, Azərbaycan dövlətinin uğurlarına qısqanclıqla yanaşan qüvvələrə. Əli Kərimli gəncləri küçələrdə mitinqlərə səsləyir, amma həlledici məqam yarananda onların yanında olmur. Bu şəxslərin mübarizə üsulu da öz iyrəncliyi ilə seçilir. Ancaq söyüş, təhqir, insan şəxsiyyətini alçaltma və s. Nəticədə gənclərimiz universitetlərdən uzaqlaşdırılır, həbs olunur və s. Əlbəttə, dövlətçilik əleyhinə çağırış edənlər öz layiqli cəzalarını almalıdırlar.

AXCP-də Ruslan Bəşirli, Əbülfəz Qurbanlı və digər öndə gedən gənclər də sonradan partiyadakı rəhbər şəxslərin iç üzlərini və gənclərə qarşı qısqanclıq hislərinin ifrat dərəcədə olduğunu görərək onları ifşa edib oradan uzaqlaşmışlar başladılar. Həmin gənclərin bu addımları onu sübut edir ki, bu şəxslərə inanmaq olmaz.

Bütün bunların müqabilində dövlətimizin hakim partiyasının Gənclər Birliyində cəmləşən gənclər aydın ideyaları, cəmiyyətin inkişafına xidmət edən layihələri, dövlətə, dövlətçiliyə sadiqlikləri ilə seçilirlər.Sonradan öz səhvlərini başa düşərək Əli Kərimlidən uzaqlaşan gənclər özlərinin parlaq gələcəklərini qurmaq eyni zamanda, dövlətimizin inkişafında pay sahibi olmaq yolunda əsl meydan rolunu oynayan hakim partiyanın gənclər birliyinə qoşulurlar. Onlar başa düşürlər ki, AXCP sədri Əli Kərimlinin "gənclər siyasət"i iflasa məhkumdur.

TOFİQ ABDULLAYEV

Digər xəbərlər