PDF Oxu

Müxalifət

  • 1 716

Müxalifətdə "amnistiya" qalmaqalı

image

Qurban Məmmədov amili Müsavat və REAL-ın "Milli Şura"ya qarşı növbəti hücumuna start verdi

Hüquq müdafiəçisi, "Milli Şura"nın üzvü Qurban Məmmədov bu günlərdə Müsavat və digər müxalifət partiyalarına təklif verib ki, son illər ərzində partiyalar daxilində baş verən qarşıdurmalardan sonra öz xoşları ilə istefaya gedənlərə, eləcə də qovulanlara ümumi amnistiya elan edilsin. Hər kəsin bağışlanmasının vacibliyindən danışan hüquq müdafiəçisi bununla düşərgədaxili qaynar proseslər və qarşıdurmalar üzərinə soyoq suyun səpiləcəyini deyib.

Müsavat və REAL: "Qurban Məmmədov bu qədər barışdırıcı missioner rolunu oynamaqda israrlıdırsa, "Milli Şura" daxilində, AXCP-də baş verən parçalanmaların qarşısını alsın, "amnistiya" elan etdirsin"

Ancaq onun belə bir təkliflə çıxış etməsi hazırda özlərini "müttəfiq" kimi göstrən Müsavat və REAL hərəkatı rəhbərliyinin xoşuna gəlməyib. Onlar "Milli Şura" üzvünün belə bir ideya ilə çıxış etməsini ironiya ilə qarşılayıblar. Hətta sosial şəbəkələrdə bildirilib ki, "Qurban Məmmədov bu qədər barışdırıcı missioner rolunu oynamaqda israrlıdırsa, hazırda təmsil olunduğu "Milli Şura" daxilində, həmçinin AXCP-də baş verən proeselərə müdaxilə etsin, gedənləri geri qaytarmaqla məşğul olsun. Daha dəqiq desək, AXCP-də baş verən parçalanmanın qarşısını alsın."

Belə bir ümumi fikirlərlə çıxış edənlər Müsavat partiyasının başqan müavini Elman Fəttah və REAL idarə heyətinin üzvü Xalid Bağırov olublar.

Sifarişçi Əli Kərimlidir

Qurban Məmmədovun bu fikirlərlə çıxış etməsinin sifariş olduğunu iddia edən qarşı tərəf açıq-aşkar burada Əli Kərimlinin əlinin olduğunu deyiblər. Hətta hər iki qurumun nümayəndəsi sosial şəbəkədə Qurban Məmmədovu və "Milli Şura"nı sərt şəkildə tənqid ediblər. İddia olunur ki, hüquq müdafiəçisi Əli Kərimlinin sifarişinə əsaslanaraq, yəni REAL və Müsavatın seçkilərə getdiyindən istifadə edərək onlara qarşı psixoloji hücuma keçməyə çalışır.

Maraqlıdır ki, Qurban Məmmədov həmin cavablardan sonra nə Müsavat, nə də ki, REAL-a heç bir sərt cavab verməyib. Lakin onun düşərəgədə radikallığı ilə seçilməsi yaxın zamanda növbəti qarşıdurmaya start veriləcəyindən xəbər verir. Əgər nəzərə alsaq ki, müxalifət daxilində ciddi qarşıdurmalar yaşayan digər partiya və qurumlar da var, bu zaman seçkilərdən sonra orada növbəti barışmaz qarşıdurmaların baş qaldırmasını görməli olacağıq.

Mübariz QULİYEV

Digər xəbərlər