PDF Oxu

Müxalifət

  • 2 058

Müsavata alternativ Müsavat? İDDİA

image

Tural Abbaslı:"Arif Hacılıya qarşı sakit qalmağımız mümkün deyil"

"Bilirsiniz tək mən yox, biz ailəliklə müsavatçıyıq. Mənim anam Müsavatın bərpa Qurultayının üzvü olub və bərpasından bu günə qədər də bu partiyanın üzvüdür". Bu fikirləri Müsavat Divanının sabiq üzvü, partiyanın qurultayından sonra Arif Hacılının başqanlığını qeyri-legitim hesab edən Tural Abbaslı onun partiya sıralarından çıxarılması ilə bağlı Divanda müzakirələrin keçirilməsinə münasibət bildirərkən deyib.Ona qarşı baş verənlərin həm də ailəsinə qarşı olduğunu deyən Tural Abbaslı deyib ki, bu yolverilməzdir: "Təbii ki, belə olaylar nəticəsində partiyada özünə və ətrafına qarşı haqqsızlıq və qərəz görüldükdə bu, insana ikiqat mənfi təsir edir".Tural Abbaslı bildirib ki, Müsavat partiyası hazırda çox ciddi böhran vəziyyətini yaşayır. Burada əsas günahkarlardan biri də məhz Arif Hacılıdır: "Müsavat yarandığı dövrdən üzü bu yana bəlkə də ən naşı və ən antidemokratik rəhbərlik tərəfindən idarə olunur. Bunu Qurultaydan bu yana keçən 1 ili analiz etsək açıq aydın görərik.Təəssüf ki, Arif Hacılı partiyanı öz siyasi maraqları çərçivəsində idarə etməyə çalışır və bizim də belə bir nüansda sakit qalmağımız mümkün deyil".Sabiq Divan üzvü onu da xatırladıb ki, məhz Arif Hacılı seçildikdən bu yana partiyadan onlarla tanınmış, cəmiyyətdə nüfuz sahibi olan insanlar ya kənarlaşdırılıb, ya da buna məcbur ediliblər. Eyni prosesi indi də mənə və ətrafıma qarşı tətbiq etmək istəyirlər. Ancaq biz öz haqqlarımız uğrunda sona qədər vuruşacağıq" Tural Abbaslı Müsavat Partiyasna alternativ Müsavat Partiyası yaradılması ideyasının olmadığını deyib və bunu belə əsaslandırıb ki, Müsavat onun üçün bir partiyadan daha çox bir qurumdur: "Mən istəmərəm ki, bu və ya digər formada onun tarixində mənim adım məhz bu yöndə hallandırılsın.Yəni bu gün partiya rəhbəri tərəfindən haqsızlığa məruz qala bilərik, ancaq buna görə qurumun adına xələl gətirəcək bir addım atmaq istəmərik. Odur ku, mən heç vaxt bugünkü rəhbərliklə Müsavatı eyniləşdirməmişəm. Rəhbər 4 il müddətinə seçilir, partiya isə yox. Mən heç bir halda Müsavata alternativ bir Müsavatın yaradılması istiqamətində iş görməmişən və görmərəm də. Kimin haqqlı kimin haqsız olduğunu isə əminəm ki, zaman göstərəcək və sonda utanan tərəf biz olmayacağıq".Qeyd edək ki, Arif Hacılının tərəfdarları Tural Abbaslının Müsavat Partiyasına qarşı alternativ Müsavat Partiyası yaratması planı barədə sosial şəbəkələrdə fikirlər səsləndiriblər.

sia.az

Digər xəbərlər