PDF Oxu

Müxalifət

  • 1 908

AMİP daxilində nə baş verir?

image

Və ya Yusif Bağırzadənin getmə səbəbləri bəlli olur

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) artıq keçmiş sədri Yusif Bağırzadənin təşkilat sıralarını tərk etməsinin pərdəarxası məqamları bəlli olmaqdadır. Daha öncə onun sağlıq problemi ilə bağlı AMİP sədrliyindən imtina etməsi barədə yayılan xəbərlər də bir çoxları tərəfindən həqiqət kimi qəbul edilmədi.

Bu zaman sual yarandı ki, bəs partiyaya sədrlik edən, eləcə də parlament seçkilərinə namizədliyini irəli sürən bir siyasətçi nəyə görə sədrlikdən imtina etdi? Məsələn, AMİP-in baş katibi Arzuxan Əlizadə artıq bir neçə dəfə Yusif Bağırzadənin istefasından təəssüfləndiklərini və bu günə kimi onunla əlaqə yaratmağın mümkün olmadığını bildirib.

Arzuxan Əlizadə nəyi gizlədir?

Ancaq gerçək səbəblər barədə (hər halda AMİP rəhbərliyinin bu məsələdə reallığı gizlətməsi sirr deyil-M.Q.) bir kəmlə də olsa məlumat verilmir. Eyni zamanda, daha bir məsələ yenə də Arzuxan Əlizadənin dilindən səslənib. Sitat: "Yusif Bağırzadənin AMİP-dən heç bir incikliyi yoxdur. İstefasından bir gün əvvəl də partiyada olub, iclas keçirib…İstənilən halda partiyada Yusif Bağırzadə ilə bağlı hər hansı inciklik, fikir ayrılığı olmayıb. Fikir müxtəlifliyi ola bilər (!-M.Q.) ki, bu da müzakirələrdə (?-M.Q.) öz həllini tapıb. Buna görə də incikliklə bağlı məsələni birmənalı olaraq rədd edirik…"

Arzuxan Əlizadənin "fikir müxtəlifliyi olub" düşüncəsi yumşaq səsləndirilib

Göründüyü kimi, burada bir neçə məsələ var. Məsələn, AMİP-in, eyni zamanda partiya sədrliyinə iddialı olan baş katibi Arzuxan Əlizadə fikirlərini bildirərkən, burada bir neçə məqama dolayısı ilə toxunub. Misal üçün, o istisna etməyib ki, partiyadaxili məsələlərdə fikir müxtəlifliyi ola bilər. Məsələn, AMİP-də təmsil olunan səlahiyyətlilərin bir qisminin loyal, yaxud da sivil müxalifətçilik yolunu tutması, radikalimi rədd etməsi sirr deyil. Lakin elə AMİP üzvləri də var ki, onlar radikal siyasət yürütməyə meyilli olduqlarını gizlətmirlər.Yusif Bağırzadənin sədrliyi dönəmində AMİP konstruktivlik yolunu tutub. Müəyyən zamanlarda partiyanın iclaslarında həmin məsələ müzakirəyə çıxarılsa da, qəbul edilməyib. Bu faktor da sübut edir ki, Arzuxan Əlizadənin "fikir müxtəlifliyi olub" düşüncəsi yumşaq səsləndirilib.

Fikir müxtəlifliyinin müəyyən müzakirələrlə həll edilməsi isə o demək deyil ki, hər şey yoluna qoyulub

Məsələn, o deyə bilərdi ki, partiyadaxili qarşıdurmalar yaşanıb və s.

Daha bir misala diqqət yetirək. Fikir müxtəlifliyinin müəyyən müzakirələrlə həll edilməsi isə o demək deyil ki, hər şey yoluna qoyulub. Əgər problemlər həll olunsaydı, Yusif Bağırzadə sədr vəzifəsində qalardı və ortada Arzuxan Əlizadənin də dediyi kimi, "incilik" olmazdı. Demək, AMİP sədrinin ani gedişi qarşıdurmalar, fikir müxtəliflyi və s. ziddiyyətlərlə əlaqəlidir. Onun səhhəti ilə bağlı birdən-birə sədlrik postunu tərk etməsi isə, necə deyərlər, yolaverənlikdir.

Bütün bunlar isə bir daha belə qənaətə gəlməyə əsas yaradır ki, AMİP-də parlament seçkilərindən sonra aparılacaq müzakirələr, o cümlədən, növbəti qurultayın keçirilməsi, yeni sədrin müəyyənləşdirilməsi heç də sakit müstəvidə keçməyəcək. Xüsusilə, seçkilərdən öncə belə bir situasiyanın yaranması digər pərdəarxası motivlərin də olduğunu gizlətmir.

Mübariz QULİYEV

Digər xəbərlər