PDF Oxu

Müxalifət

  • 1 881

Müsavat başqanının "sərsəmləmələri" davam edir

image

Arif bəy, "xalqın gözü tərəzidir"!

Parlament seçkiləri yaxınlaşdıqca iştirak edəcək partiyalar, xüsusilə də onların funksionerlərinin dilindən səslənən qarşılıqlı "ittihamlar" kəskinləşməkdədir. Bu günlərdə Müsavat başqanı Arif Hacılının ölkədə seçki ab-havası barədə söylədiyi fikirlər heç də birmənalı qəbul oluna bilməz. Arif bəy ölkədə əsl seçki ab-havasının olmadığını söyləyir. Bəs əslində, ab-hava necə olmalıdı? Arif bəy hansı ab-havanı nəzərdə tutur? Bəlkə 1998-ci ili, ya da 2003-cü il seçki öncəsi vəziyyəti düşünüb deyir. Onun beynində əsl seçki ab-havası yəqin həmin vaxtlarda olan kimidir. Yəni o zamanlar bir qrup şəxslər - "liderlər" sərsəm ideyaları ilə xalqı inandırıb küçələrdə mitinqlərə, iğtişaşlar törətməyə səsləyirdi. Amma indi bu, mümkün deyil axı. Çünki ölkəmiz inkişaf edib, insanların həyat şəraiti yaxşılaşıb, uçurumdan dönməyinin ilkin illərini yaşamır və ən əsası xalqın şüur səviyyəsi inkişaf edib. Artıq xalqımız daha yaxşı başa düşür ki, nədənsə narazılıqlarını güc yolu ilə deyil, sivill və hüquqi qanunlar çərçivəsində ifadə edə bilərlər. "Xalqın gözü tərəzidir". Müdrik xalqımız ağı qaradan ayırd etməyi çox yaxşı bacarır və bilir ki, inkişaf, tərəqqi və firavan həyat üçün kimi, yaxud kimləri dəstəkləməlidir. Bunu tarix də sübut edir. Bir sözlə, Arif bəyin düşündüyü seçki ab-havasının reallaşması üçün "münbit zəmin" artıq yoxdur.

Hələ bir əsasın olsun, sonra danış

Müsavat partiyası seçkidən imtina niyyətində idi. Göstərdikləri səbəblərdən biri isə namizədlərin təbliğat-təşviqatı üçün ayrılan pulsuz efir vaxtını ölkənin hakim partiyası - YAP-ın müraciəti ilə MSK-nın ləğv etməsi idi. Nəzərinizə çatdırım ki, pulsuz efir vaxtı o zaman verilir ki, hansısa partiya seçkidə ən azı 60 dairədən namizəd irəli sürə bilsin. YAP 116, Müsavat isə cəmi 24 dairədən namizəd irəli sürə bilib. O zaman sual olunur ki, bəs hansı əsaslara görə Müsavat bunu bir səbəb kimi göstərir. Hələ bir təşəkkür etməlidirlər ki, YAP ölkədə bərabərhüquqlu seçki təbliğatının təşkili üçün bu addımı atıb.

Daha bir sərsəm iddia

Arif bəy müsahibəsində bildirib ki, hazırkı hakimiyyət ölkədə yürütdüyü daxili və xarici siyasətlə Azərbaycanı dünyadan təcrid edib. İnanın ki, gülməli səslənir. Hansı təcriddən danışmaq olar ki, Azərbaycan hakimiyyətinin yürütdüyü uzaqgörən və məqsədəuyğun siyasət nəticəsində həssas geosiyasi mövqedə yerləşən dövlətimiz bütün təhlükələri özündən uzaqda saxlaya bilib. Dünya ölkələri böhrandan təsirləndikləri halda, Azərbaycan inkişaf edir, insanlarımızın sosial təminatı daha da gücləndirilir və nəticədə, xalqın hakimiyyətə inamı yüksəlməkdədir. Xalqın hakimiyyətə inamını bir çox nüfuzlu beynəlxalq təşkilatların keçirdiyi sorğular da təsdiq edir.

Görünən odur ki, Müsavat cəbhəsi seçkidə heç bir uğura ümid etmir. Hər seçki öncəsi söyənən bu fikirlər isə varlıqlarının təsdiqi kimi qiymətləndirilə bilər və heç bir əsası yoxdur. Müsavat başqanının "sərsəmləmələri" isə davam edir.

Tofiq Abdullayev

Digər xəbərlər