PDF Oxu

Müxalifət

  • 3 130

Mütəllim Rəhimli: “Cəmiyyətdə tərəflərin bölünməsinə gətirib çıxaracaq” AÇIQLAMA

image

"Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki yerə bölünməsinin şahidi olmuşuq". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.Aparat rəhbərinin sözlərinə görə, bu günə qədər yeni yaradılan siyasi qurumlar müxtəlif adlar altında fəaliyyət göstərib: "Bəzilərinin adı isə AXCP olsa da, onu cəbhədən fərqləndiriblər. Digərləri isə ümumiyyətlə başqa adlar altında fəaliyyət göstərir. Bu gün eyni ada iddiaçı olan iki siyasi partiya meydana çıxıb. Onlardan biri Əli Kərimlinin, digəri isə Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-dir. Güman edirəm ki, hər iki qurumun bundan sonra AXCP kimi tanınması məsələsi gündəmə çıxacaq. Digəri isə qanunvericilik məsələsi ilə bağlıdır. Hər iki tərəfin bu ad üzərində irəliləyiş göstərəcəyi ortadadır. Hesab edirəm ki, bu cəmiyyətdə tərəflərin bölünməsinə gətirib çıxaracaq. Hansı tərəfin razılıq əldə etməsi təbii ki, onun davamlı olaraq mübarizə aparması və beynəlxalq təşkilatlar tərəfindən tanınması ilə bağlı olacaq".

sia.az

Digər xəbərlər