PDF Oxu

Müxalifət

  • 1 912

İqbal Ağazadənin daha bir opponenti ona qarşı çıxdı

image

"Ümid" partiyasının sədri bu dəfə seçki korrupsiyasında ittiham olunur

Namizədliyi onunla eyni dairədən irəli sürülmüş Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ilə sözləri çəp gələn "Ümid" partiyasının sədri İqbal Ağazadəyə qarşı daha bir deputatlığa namizəd ittihamla çıxış edib. Belə ki, bu dəfə türk-slavyan hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov öz opponentinə qaşrı iradlarını bildirib. Məlum olub ki, deputatlığa namizəd İqbal Ağazadənin görüşünə gətirilən vətəndaşlara daha öncədən müəyyən miqdarda pul vəd olunub. Ancaq "Ümid" partiyasının namizədinə "dəstək" verən "seçicilər" onlara vəd olunan pulları almayınca etiraza qalxıblar.

"Bəziləri "pullarımızı kim verəcək" deyərək İqbalın adamların axtarırdılar"

Bu vaxta qədər İqbal Ağazadəni seçkilərə rəsmi star verməmiş təşviqat aparmaqda suçlayan ASDP sədri Araz Əlizadə sonradan qarşı tərəfin təzyiqlərilə üzləşib. Daha dəqiq desək, Araz Əlizadənin xanım səlahiyyətli nümayəndəsinin Ağazadənin qoçu dəstələri tərəfindən izlənməsi iddia edilib ki, artıq bu barədə məhkəməyə də müraciət ediləcəyi anonsu verilib. Lakin İqbal Ağazadə deyilənlərlə razılaşmamaqla yanaşı, ASDP sədrini yalan danışmaqda, ona qarşı böhtan kampaniyası aparmaqda günahlandırıb. Bununla da sözügefən məsələnin seçkilərdən sonra məhkəmə instansiyalarında davam etdiriləcəyi şübhə doğurmur.

Amma bu arada daha bir seçki rəqibinin "Ümid" sədrini qeyri-qanuni hərəkətlərdə ittiham etməsi, desəyən baş verənlərin həqiqətə daha yaxın olduğunu sübuta yetirir. Məsələn, Adıgözəl Məmmədov mətbuata açıqlamasında deyib ki, onun seçicilərlə görüşü olub. Ancaq təyin olunmuş görüş yerinə vararkən, orada İqbal Ağazadənin tədbir keçirdiyini görüb: "İqbal Ağazadə ilə görüşə Fizuli rayon sakinləri olan həmkəndliləri cəlb olunmuşdu. İqbalın adamları insanları avtobusla daşıyıb gətirmişdilər. Bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Fotolara baxmaq kifayətdir ki, fakt təsdiqlənsin. Yəqin ki, müvafiq strukturlar məsələni araşdıracaqlar. Sual olunur, İqbal bəy, yaxşı olmazdı ki, namizədliyinizi elə Füzuli rayonundan verərdiz?"

A.Məmmədov, həmçinin qeyd edib ki, görüşün keçirildiyi məkanın qarşısında qarışıqlıq onun seçicilərinin zala daxil olmasına belə mane olurdu: "Qəribə mənzərə yaranmışdı. "Bəxtiyar" filmindəki kontrabasçı sayağı bəziləri "pullarımızı kim verəcək" deyərək İqbalın adamlarını axtarırdılar. Sanki bir komediya yaşanırdı. İqbal bəy isə 90-cı illərə xas olan tərzdə - zalın çölündə səkinin üstündə çıxış edərək tez-tez "mənim xalqım" deyə hayqırırdı. Sonra o, tez avtomobilə minib gözdən itdi. Amma görüşə gətirilənlər isə İqbalın adamlarını axtarırdılar ki, onlara vəd olunan vəsaiti alsınlar".

Fakt budur ki…

Göründüyü kimi, seçki opponentlərinə qarşı müxtəlif variantlardan çıxış edən "Ümid" sədri bu dəfə ona qarşı sürülən ittihamlarla barışmalı olacaq. Məsələn, əgər o "seçicilərinə" vəd etdiyi "görüşpulunu" verməyibsə və "seçiciləri" də ondan narazı qalıbsa, rəqibləri həmin olayı onun özünə qarşı çevirə bilərlər. Bir neçə nəfər bu faktı təsdiqləsə, onda məsələnin hansı məcraya doğru yönəlməsini indidən proqnozlaşdırmaq olar. Sadəcə, fakt budur ki, mediada, partiyasında və ya mitinqlərdə "korrupsiya" bağırıb hakimiyyəti ittiham etmək deyil. Fakt budur ki, İqbal Ağazadənin özü bilavasitə seçki korrupsiyasına yol verərək, ölkənin qanunvericiliyini pozur. Qanunları pozanlar isə cəzalandırılırlar. Hər halda bu mövzunun da davamı çox yəqin ki, olacaq…

Rövşən RƏSULOV

Digər xəbərlər