PDF Oxu

Müxalifət

  • 2 321

Ənənəvi müxalifətin ənənəvi mitinq eyforiyası

image

Aksiyanın nəticəsi indidən bəllidir

Müxtəlif zamanlarda müxalifət düşərgəsinin icazəsiz, qeyri-qanuni, səviyyəsiz, düşünülməmiş mitinqlər və piketlər keçirməyə cəhd etdiyini dəfələrlə görmüşük. Onu da görmüşük ki, həmin mitinqlərdə 200-300 nəfərdən çox adam olmayıb. Maraqlısı da budur ki, dağıdıcı müxalifətin keçirmək istədiyi mitinq və piketləri ölkədə keçiriləcək seçkiərəfəsi başlayır. Mitinq də baş tutmayanda, başlayırlar hay-küy salmağa ki, ölkədə, nə bilim, "demokratiya" boğulur "iqtidar təzyiqlər edir", "imza toplamağa imkan verilmir", "seçkilər saxta keçiriləcək", daha nələr, nələr... Adama deyərlər ki, seçici səni tanımırsa, etibar etmirsə, sənə imza və yaxud da səs vermisə, buna hakimiyyət neyləsin?! Elə götürək, ADP sədri Sərdar Cəlaloğlunu. Hələ imza kampaniyası zamanı iqtidar partiyasına yalvarışlı müraciət edərək bildirib ki, "neyləyək ki, seçici imza vermək əvəzinə, qapını üzümüzə bağlayır. Olmaz ki, bizə də kömək edəsiniz?" Bu günlərdə isə təbliğat ərəfəsi bir nəfər də seçicinin onun görüşünə gələmədiyini deyərək, yenə də iqtidardan kömək istəyib..." Allah kəssin belə namizədi, belə olan halda, soruşmaq istərdik ki, ay seçkilərə qatılmaq istəyən radikallar, o cümlədən Müsavatın oktyabrın 25-nə keçirəcəyi mitinqə kimlər qatılacaq? Və yaxud da mitinq keçirmək arzusuna düşən digər radikal müxalifət partiyaları, hansı üzlə mitinq keçirmək istəyirsiniz? İmza toplaya bilmirsiniz, iqtidarın ünvanına nə qədər böhtan atacaqsınız? Bir də, özünüz demişkən, müxalifətdə 20-30 il olmağınıza baxmayaraq, hələ indiyə qədər 200 imza belə toplaya bilmirsiniz. Topladığınız o imzaları da üzünüzə üzlük tutaraq min bir tənələri götürməklə yığmısınız. Bu yerdə Sərdar Cəlaloğlunun bir ifadəsi də yadıma düşdü: "Seçici nəinki imza verir, bizi elə isladır ki..." Ay S.Cəlaloğlu, "islanmışın, yağışdan nə qorxusu"? Belə olan halda, hansı üzlə bir də mitinq və piket keçirmək istəyinə düşürsünüz? Axı yaxşı bilirsiniz ki, 23 ildən çoxdur ki, həm xalq, həm də öz funksionerləriniz sizin uğursuzluğunuza nifrət edir. Görünür, hələ də 1991-ci ilin ab-havası ilə yaşayırsınız və "bəlkə də qaytardılar" xülyalarınızın həyata keçiriləcəyinə əmin olursunuz.

Arif Hacılı Əli Kərimli-Cəmil Həsənli cütüyünü siyasi əxalqsızlar kimi qiymətləndirib

Məsələ ondadır ki, "Milli Şura" da mitinq keçirmək istəyir. Buna əsəbləşən Müsavat başqanı Arif Hacılı bunu əxlaqsızlıq kimi qiymətləndirib. A.Hacılı bildirib ki, "Milli Şura" mitinq keçirdiyi zaman Müsavatdan bir neçə dəfə həmin mitinqə qatılmışıq. Ancaq AXCP sədri Əli Kərimli və "Milli Şura"nın mitinq təşkilat komitəsi müsavatçı rəhbərlikdən heç birini trubunaya dəvət etməmişdi. Lakin bununla belə, Müsavat "Milli Şura"ya növbəti jest etdi. Biz bir neçə dəfə AXCP rəhbərliyinə müraciət etməklə yanaşı, yandırılmış körpüləri yenidən qurmağa dəvət edib, eləvə də "Milli Şura"nın sədri Cəmil Həsənli ilə görüşərək, əməkdaşlıq təklifi etdik: "Təəssüflər olsun ki, özünü müxalifət hesab edən bəzi qüvvələr də Müsavatın zəiflədiyi görüntüsünü yaratmağa çalışırlar. Müsavatın "Milli Şura"nın mitinqində iştirakı üçün 3 dəfə AXCP rəhbərliyinə müraciət etmişəm. Bir dəfə Cəmil Həsənli ilə görüşüb danışmışam. Amma onlar Müsavat partiyasının bu prosesdə iştirak etməyini istəmirlər. Mən təkəbbürlü adam deyiləm və bu məsələyə şəxsi iş kimi baxmıram".

Tural Abbaslı: "Nəinki yürüş, hər hansı mitinqin də uğur gətirəcəyinə inanmıram"

Keçmiş divan üzvü Tural Abbaslı partiyanın mitinq deyil, yürüş keçirmək cəhdini lüzumsuzluq kimi qiymətləndirib. Sitat: "Müsavat, yaxud "Milli Şura"nın mitinq keçirməsi effekt verməyəcək. Nəinki yürüş, hər hansı mitinqin də uğur gətirəcəyinə inanmıram. Seçkilərə çox az vaxt qalıb. Namizədlər, müşahidəçilər, məşvərətçilər, şüarların müəyyənləşməsi kimi addımlar daha faydalı olardı, nəinki kütləvi etiraz aksiyaları. Müsavatçıların yürüşlə bağlı arqumentlərini bilmirəm, istər yürüş olsun, istərsə də mitinq, indiki məqamda uğursuz olacaq. Mitinq qərarının verilməsində bəzi boşluqlar var idi, bu gün də bu qərarların acı nəticəsini görürük".

Ü.ƏSGƏROV

Digər xəbərlər