PDF Oxu

Müxalifət

  • 1 729

Seçkidən sonra Əli Kərimli cəbhəsi arxivə atılacaq

image

Hər bir demokratik prinsiplərlə idarə olunan dövlətin siyasi sistemində çoxpartiyalılıq qanunauyğun hal kimi qarşılanır. Necə ki Azərbaycan da demokratik dövlət kimi çoxpartiyalı sistemə əsaslanır və ölkəmizdə çoxlu sayda siyasi partiyalar tələb olunan normativləri yerinə yetirərək Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək fəaliyyət göstərirlər. Bu sıraya YAP, AXCP, Müsavat, VHP, KXCP, ADP, AMİP, AİP, AVP, XDP və s. daxil olmaqla 50-dən çox siyasi partiyanı daxil etmək olar. Ən böyük nüfuza və sosial bazaya malik olan isə hazırkı iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası sayılır. Partiyanın 660 mindən artıq üzvü var. Sədri isə ölkə Prezidenti Cənab İlham Əliyevdir.

"Çürümüş ideya"lar kimə lazımdır?!

Dövlətimiz hər bir partiyanın maneəsiz siyasi fəaliyyətinə şərait yaradır. Əlbəttə ki, qanunvericiliyin qoyduğu tələblərin gözlənilməsi şərtdir. Təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən və özlərini müxalifət adlandıran bəzi partiyalar, o cümlədən AXCP və Müsavat dövlətçilik əleyhinə addımlar atmaq, ölkə daxilində narazılıqlar yaratmaq, insanlara yalançı vədlərlə etirazlara səsləməklə məşğuldurlar. Bu işdə isə onlara dövlətimizin uğurlarını gözü götürməyən anti-Azərbaycançı xarici qüvvələr hərtərəfli dəstək olmaqla köməklik edirlər. Bu partiyaların başında duran "lider"lər isə dəfələrlə "tarixi sınaq"lardan "üzüqara" çıxmış insanlardır. Bu günə kimi öz məkrli niyyətlərinə nail olmamaları onu göstərir ki, onların xalq arasında nüfuzu, hörməti, inamı və ən əsası sosial bazası yoxdur.

Öz "çürümüş ideya"larilə illərdir nail olduqları tək şey dəfələrlə üzləşdikləri biabırçı məğlubiyyətləridir.

Yalandan özünü öyməklə deyil ki...

Seçki öncəsi bu partiyalar həmişə "fəallaşırlar". Düşünürlər ki, böyük kampaniya öncəsi bəlkə aranı qarışdırıb nəyəsə nail ola bilərlər. Amma anlamadıqları bir şey var ki, artıq xalqın onlara inamı qalmayıb və demokratik dövlətlərdə olan əsl müxalifət adına "qara ləkə"dirlər. Yalandan özünü öyməklə deyil ki.

Olan-qalan "nüfuz"unu da itirəcək

Dəfələrlə "birlik " yaradıb əsl müxalifət kimi mübarizə aparmaq istəyində olsalar da bu, onlarda alınmayıb. Çünki hər biri özü üçün sanki "əvəzolunmaz" və "dahi"dir. Eyni zamanda fərqli-fərqli "ağalara" xidmət etdikləri üçün ortaq məxrəcə belə gələ bilmirlər. Birlikləri bir yana qalsın hələ daxildən parçalananı da var-AXCP. Bu yaxınlarda illərdir AXCP-nin "ilahiləşmiş lider"i olan Əli Kərimli və onun müavini Razi Nurullayevin arasından "soyuq yellər" əsdi. Razi bəy isə Etimad Qurultayı keçirib ikinci bir "yeni AXCP" yaratdı. İki tərəf bir-birinin ünvanlarına ən təhqiramiz ifadələr səsləndirməkdən belə çəkinmədilər. Bəli, bu, onların ənənəvi mübarizə üsullarıdır. Razi bəyin sözlərinə görə onlar əsl AXCP-ni bərpa ediblər. Bir çox siyasi partiyalar isə "köhnə AXCP"-ni tanıdıqlarını bildirdilər. "Möhtəşəm qurultay" keçirdiklərini fəxrlə səsləndirən Razi bəyi isə qarşı tərəfdən söylənən iddia ifşa etdi. İddiaya görə Razi bəy qurultayda insanların sayını çoxaltmaq üçün hərəsinə 20 manat verməklə iştiraklarını təmin edib. Nə dərəcədə həqiqət olduğunu deyə bilmərik. Amma görünən odur ki, birlikdə heç nəyə nail olmayan AXCP iki yerə - "köhnə" və "yeni"yə bölünməklə olan-qalan "nüfuz"unu da itirəcək.

Xalqın seçimi dəyişməzdir!

Xalq isə öz seçimini çoxdan edərək öz layiqli liderini dəstəkləyib, dəstəkləyir və uğurlu siyasət zəmanət verir ki, bundan sonra da dəstəkləyəcək.

Tofiq Rəfailoğlu

Digər xəbərlər