PDF Oxu

Müxalifət

  • 2 166

Unudulmuş müxalifətin növbəti seçki məğlubiyyəti qaçılmazdır

image

Seçkinin keçirilməsinin vaxtı azaldıqca müxalifətin min bir oyunu da səngimir. Bir tərəfdən radikal "lider"lər bəyan edir ki, bəs biz qalib gələcəyik, digər tərəfdən isə əsasız ittihamlar yağdıraraq, cığallıq edirlər. Gedən proseslərdən görünür ki, müxalifətin seçkidə hansısa kiçik bir uğur qazanması belə mümkün olmayacaq. Çünki müxalif partiya namizədləri ölkədə yaradılmış demokratik şəraitdən yararlanmaq, seçicilərin etimadını qazanmağa çalışmaq əvəzinə, məğlubiyyətlərinə indidən bəhanə axtarmaqla məşğuldur.

Məsələn, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu əlində böyük bir gündəlik qəzet, əlavə xeyli çap və internet mediası olmasına baxmayaraq səs toplaya biləcəyinə arxayın deyil. O üzdən də öz qəzetində ona qarşı "qara piar" aparıldığı haqda cəfəngiyyat danışır. Barı, danışdığı inandırıcı və məntiqli olsa.

Adam deyir ki, guya bir neçə adam əlində ona qarşı materiallar qəzet redaksiyalarını gəzir və kompramat materialları çap etdirmək istəyirmiş, lakin heç bir qəzet buna razı olmayıb. Gülməlidir. Birincisi, bu adamlarda belə ciddi materiallar varsa, bütün qəzetlər bunun üçün yalvarardı, çünki qəzetlər rezonans yaratmaq, sensasiya doğurmaq üçün belə materialları göydə axtarır. Xüsusilə də, Müsavata rəqib olan müxalif partiyaların qəzetləri.

İkincisi, ola bilməz ki, belə materialları kimlərsə qapı-qapı gəzdirsin, indi XXI əsrdir, yerləşdirirsən internet saytlara, oradan bütün media götürüb yayır. Göründüyü kimi, uydurma cəfəngiyyatla xalqın gözündə təzyiqə məruz qalmış qəhrəman obrazı yaratmaq istəyən Rauf bəyin seçkiqabağı psixoloji və siyasi durumu heç də iyi deyil.

Unudulmuş müxalifətin çürümüş ideyaları

Uzun illərdən bəri kabinetlərindəki kreslolarına yapışıb qalan siyasi partiyaların "liderlər"nin özlərindən və bir-iki yaxın ətrafından ibarət olsa da, bu düşərgədə "yeniləşmə" sözünə qarşı sanki bir allergiya var. "Liderlər" müxalifət partiyalarının "lider"i kimi özlərini sanki özləri üçün əbədiləşdiriblər. Uzun illərdən bəri bu partiyalarda heç bir yeniləşmə müşahidə edilmir. 23 ildən çoxdur ki, müxtəlif zamanlarda müxalifət düşərgəsinin icazəsiz, qeyri-qanuni, səviyyəsiz, düşünülməmiş mitinqlər və piketlər keçirməyə cəhd etdiyini dəfələrlə görmüşük. Onu da görmüşük ki, həmin mitinqlərdə 200-300 nəfərdən çox adam olmayıb. Maraqlısı da budur ki, dağıdıcı müxalifətin keçirmək istədiyi mitinq və piketləri ölkədə keçiriləcək seçkiərəfəsi başlayır. Elə oktyabrın 25-də Yasamal rayonunu "Məhsul" stadionunda Müsavat mitinq keçirsə də, ona mitinq demək olmazdı. Çünki meydanda 30-40 nəfər müxalifət deyilən kəslər var idi, kənarda isə Müsavatın məzhəkəsinə tamaşa edən yoldan keçənlər idi ki, müxalifət onu da öz ünvanına yazır. Mitinqdə ən çox ölkədə, nə bilim, "demokratiya" boğulur "iqtidar təzyiqlər edir", "imza toplamağa imkan vermədilər", "seçkilər saxta keçiriləcək", daha nələr, nələr... kimi sözlər işlədilsə də, ətrafda dayanan insanlar "necə eybəcər, gülünc görünürlər", "adamda üz olar", hətta "rədd olun" sözləri də eşidilirdi. Bu yerdə adama deyərlər ki, seçici səni tanımırsa, etibar etmirsə, sənə imza və yaxud da səs vermisə, buna hakimiyyət neyləsin?! Bir də, özünüz demişkən, müxalifətdə 20-30 il olmağınıza baxmayaraq, hələ indiyə qədər 150 imza belə toplaya bilmirsiniz. Topladığınız o imzaları da üzünüzə üzlük tutaraq, min bir tənələri götürməklə yığmısınız. Belə olan halda, hansı üzlə bir də mitinq və piket keçirirsiniz? Axı yaxşı bilirsiniz ki, 23 ildən çoxdur ki, həm xalq, həm də öz funksionerləriniz sizin uğursuzluğunuza nifrət edir. Görünür, hələ də 1991-ci ilin ab-havası ilə yaşayırsınız və "bəlkə də qaytardılar" xülyalarınızın həyata keçiriləcəyinə əmin olursunuz.

Ancaq xalq hər kəsi yaxşı tanıdığını bilir. Azərbaycan axı balaca ölkədir, az qala hər kəs hər kəsi yaxından tanıyır. Ayıbdır, vallah. Sonra da deyirlər ki, bəs ölkədə şərait yoxdur, bizə təzyiq edirlər-filan. Bu yerdə deyirlər, yalançının...

Deyirəm, adamda neçə sifət olar ki, özünü ortalığa atıb, desin ki, bəs mən də müxalifətəm və cəmiyyətdə nüfuzum var. Seçkidən sonra da qışqırıb-bağıracaqlar ki, bəs qoymayın, bəs xalq bizə səs verəcəkdi, hakimiyyət qoymadı-filan. Məncə, builki seçkilər bügünkü müxalifətin son seçkisi olacaq.

Ü.ƏSGƏROV

Digər xəbərlər