PDF Oxu

Müxalifət

  • 1 730

AXCP Tural Abbaslı məsələsinə aydınlıq gətirib AÇIQLAMA

image

Səbuhi Aslanbəyli: "Tural Abbaslı bizim təşkilata üzv olmaq istəsə, ona hər cür şərait yaradılacaq"

"Tural Abbaslı həm ictimaiyyət, həm də gənclər arasında özünəməxsus nüfuza sahib olan biridir. Uzun illərdir Müsavat partiyasında fəaliyyət göstərir. Amma gedişat onu göstərir ki, Tural bəy özü partiyadan istefa edəcək. Onun yaratdığı təşkilat bunu deməyə əsas verir". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayı təşkilat komitəsinin sədr müavini Səbuhi Aslanbəyli Tural Abbaslının Müsavatdan çıxandan sonra onların təşkilatına üzv olacağı fikirlərinə aydınlıq gətirərkən deyib.Onun sözlərinə görə, Müsavatın məlum qurultayından sonra narazılıqların nəticəsi göz önündədir: "Tural Abbaslının da narazıların içində olması təbii ki, partiya rəhbərliyi tərəfindən heç də yaxşı qarşılanmadı. Ona görə də bu gün ona qarşı yönələn aqresiyanı görürük. Əgər Tural Abbaslı bizim təşkilata üzv olmaq istəsə, ona hər cür şərait yaradılacaq. AXCP-də siyasətlə məşğul olan hər kəsə qapılar açıqdır. Tural bəyi öz sıralarımızda görmək bizlərə də xoş olar, onun şəxsinə aid məsələyə, fikirlərinə hörmətlə yanaşmaq lazımdır".

sia.az

Digər xəbərlər