Tural Abbaslı: "Arif Hacılının yalnış siyasətini, partiyadaxili yaratdığı avtoritar və yarıtmaz idarə metodunu biz açıq və arqumentli şəkildə tənqid və ifşa edirik"
Müsahibimiz Müsavat partiyasının keçmiş divan üzvi Tural Abbaslıdır
- Tural bəy, seçkilərin təbliğat-təşviqat kampaniyası dövründə də Müsavat yetkililəri sizə dəstək olmaq əvəzinə, sizi hədəf seçdilər. Əqidə dostlarnızın sizə olan sərt rəftarı sizdə ümidsizlik yaratmadı ki?
- Əslində, mənim və ətrafımdakı dostlara istər namizədliyimizin irəli sürülməsi mərhələsində, istərsə də digər mərhələrdə partiya rəhbərliyinin bizə münasibəti xoşməramlı olmadı. Belə ki, illərini Müsavata həsr etmiş, onun yolunda fədakarlıq göstərmiş, təqiblərə sinə gərmiş insanlara ögey və qərəzli münasibət bəslənildi. Əslində, bizə belə münasibət Müsavatın və ya onun fədakar üzvlərinin münasibəti deyildi. Bu, Arif Hacılı və onun partiyadaxili məhdud ətrafının münasibəti idi. Belə qərəzli mövqe bizdə aqressiyadan daha çox təəssüf hissi yaradır.
- Seçkidən sonra Müsavatda qalıb-qalmaq məsələsinə baxacaqsınızmı?
- Mənim, hələlik partiyamdan getmək və ya istefa vermək niyyətim yoxdur. Çünki mən partiyanı bu gün onun rəhbərliyində olanların partiyası yox, öz doğma partiyam hesab edirəm. Rəhbərliklər, başqanlar isə gəldi gedərdirlər. Düşünürəm ki, çox da uzaqda olmayan gələcəkdə partiyaya vurduqları ziyanlara görə, bugünkü rəhbərlik üzvlər qarşısında hesabat verməyə məcbur olacaq. Çünki Müsavat bərpasından bu yana bu qədər zəif və nüfuzsuz olmamışdı. Təbii ki, illərini Müsavata verən biri kimi mən də bu prossesi ürək ağrısilə izləyirəm. Arif Hacılı və ətrafı tərəfindən mənə qarşı "ittihamlar"ın irəli sürülməsi isə təbiidir. Çünki Arif Hacılının yalnış siyasətini, partiyadaxili yaratdığı avtoritar və yarıtmaz idarə metodunu biz açıq və arqumentli şəkildə tənqid edir və ifşa edirik.
- Arif Hacılının özünə yaxın mətbu orqanlarda, sayıtlarda sizi tənqit etməsi, ittihamlar irəli sürməsi nədən irəli gəlir?
- Arif Hacılının bizə qarşı hücumları onun özünü müdafiə instinktinin tərkib hissəsidir. Ancaq onların ziyanlı siyasətini tənqid etmək bizim partiya nizamnaməsindən gələn hüququmuzdur və biz bu hüquqdan heç kimə görə imtina etmək niyyətində deyilik. Gələcəkdə də Müsavatdan başqa hansısa partiyaya transfer olmaq niyyətim olmayıb və yoxdur da. Əgər nə vaxtsa başqa bir firqədə təmsil olunacağamsa, bu, ancaq dostlarımızla birgə təsis edəcəyimiz partiya ola bilər. Odur ki, yayılan dedi-qodulara və siyasi qeybətə fikir vermirik. Zamanı gəldikdə, hər kəsə hər şey aydın olacaq.
GÜLYANƏ