PDF Oxu

Müxalifət

  • 1 687

Müxalifət tarixin arxivinə yola salınır

image

Mais Səfərli: "Seçki məğlubiyyətilə üzləşən şəxslərin hay-küy salmalarının heç bir əsası yoxdur"

Gözlənildiyi kimi, seçki məğlubiyyətini heç cür həzm edə bilməyən müxalifət başbilənləri hay-küy salıb, tənqidi fikirlər səsləndirirlər. Təbii ki, bu cür hay-küyün heç bir əsası yoxdur. Ən azı ona görə ki, artıq xarici maraqlı qüvvələr də müxalifəti rədd edir, onlarla iş birliyinə getməkdən imtina edirlər. "Yurddaş" partiyasının sədri Mais Səfərli də "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin fəaliyyətsizliyi onlar üçün seçki məğlubiyyətini şərtləndirən başlıca amil oldu: "Müxalifət partiyaları artıq çoxdan fiaskoya uğrayıblar. Bunun da əsas səbəbi o partiyalarda demokratizmin təmin olunmaması, islahatların keçirilməməsi, eyni simaların uzun illərdir partiyalara rəhbərlik etməsi və partiyaların yeni təşəbbüslərlə çıxış etməməsidir. Bunun da nəticəsi olaraq partiyalar öz elektoratını da tamamilə itiriblər".

M.Səfərli seçkiyə qatılmayan bəzi partiyaların addımlarını seçki məğlubiyyətini başa düşmələrilə əlqələndirdi: "Bəziləri də seçki öncəsi gördülər ki, onların artıq seçki kampaniyasını aparmağa gücü çatmadığına görə bəyan etdilər ki, güya bular seçkiləri boykot edirlər. Ümumiyyətlə, seçkiləri boykot etmək mümkün deyil. Çünki seçkinin taleyini ayrı-ayrı partiyalar deyil, xalq müəyyənləşdirir. 1 noyabr parlament seçkilərində də xalq kütləvi şəkildə iştirak edib, layiq bildikləri namizədlərə səs verdilər.

"Seçkiləri müşahidə etmiş xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri seçkiləri azad və demokratik şəkildə başa çatdığını bəyan etdi. Bu, ölkəmizin demokratik dəyərlərə sədaqətinin nümunəsi sayıla bilər" sualını cavablandıran M.Səfərli bildirdi ki, Ulu Öndər Heydər Əliyevin təməlinin qoyduğu və Onun davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsi olaraq bu gün Azərbaycan sayılan-seçilən demokratik-hüquqi bir dövlətə çevrilib: "Bizim istər seçki qanunveriçiliyimiz, istərsə də seçki təcrübəmiz dünyanın ən qabaqcıl ölkələri səviyyəsindədir. Demək olar ki, beynəlxalq müşahidəçilərdə bu reallığı dönə-dönə qeyd etdilər. Yəni bu gün Azərbaycan dövlətinin, dünya dövlətləri arasında kifayət qədər hörməti var. Bu seçkilər Azərbaycanımızın dünya miqyasında yerini və rolunu, başlıcasısı nufuzunu daha da möhkəmləndirəcək".

"Seçki məğlubiyyətilə üzləşən "Ədalət", "Ümid", AXP sədrlərinin seçkilərin nəticələrinə kölgə salmaq cəhdləri öz məğlubiyyətlərini ört-basdır etmək cəhdindən irəli gəldiyini demək olarmı" sualını cavablandıran "Yurddaş" partiyasının sədri bildirdi ki, istər partiya, istərsə də ayrı-ayrı şəxslər olsun, məğlubiyyəti obyektiv olaraq qəbul etməlidir: "Bu baxımdan, seçki məğlubiyyətilə üzləşən şəxslərin hay-küy salmalarının heç bir əsası yoxdur".

GÜLYANƏ

Digər xəbərlər