PDF Oxu

Müxalifət

  • 29 138

Xəyanətkar xəyanətkarın yanında

image

Cəmil Həsənli köhnə ampluasında

AXCP sədri Əli Kərimlinin diktəsi altında "Milli Şura"ya sədrlik edən Cəmil Həsənli həmişə olduğu kimi, yenə də seçkidən sonra qoca vaxtında nala-mıxa vurur. Və öz siyasi həmkarları tərəfindən dəfələrlə satqın adlandırılan Cəmil Həsənli köhnə ampluasında qalaraq "bizdən olmayan bizə düşməndir" kimi ənənəvi bolşevik təfəkkürü ilə yenə də seçkidə iştirak edən həmkarlarını və ölkə mətbuatını "satqın" adlandırır. Onun məntiqiylə satqın olmayan yalnız özü, Əli Kərimli, bir də "Azadlıq" qəzetiymiş. Ancaq bu yerdə Cəmil Həsənliyə xatırlatmaq istərdik ki, bir zamanlar indi bəyənmədiyi hakimiyyətin şəninə təriflər yağdırırdı. Yəni 2010-cu ildə parlament seçkilərində kürsüsünü qorumaq üçün Cəmil Həsənli bu canfəşanlığı edirmiş.

Niyaməddin Orduxanlı: "Cəmil Həsənli elə bir adamdır ki, istənilən vaxt Əli Kərimlini də ayaqları altına atıb, öz maraqlarını qoruyar"

BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Cəmil Həsənlinin qoca yaşında utanmadan yenə də ağlına gələni danışdığını deyib və bildirib ki, bu adam düzəlməyəcək: "Qırxında öyrənən gorunda çalar. Bir də taylı-tayını tapar. Cəmil Həsənli də nə bundan sonra düzələndir, nə satqınlığından əl çəkən. Niyə də çəksin? Satqınlıq simvolu olan Əli Kərimlinin yanında olan satqın olacaq da. Bu düşüncə ilə ölkə rəhbəri olmaq iddiasına düşmüşdü. Satqınlıq Cəmil Həsənlinin həmişə peşəsi olub. Bu adam bu yaşına qədər bir neçə partiya dəyişib. 1993-cü ildə Cəmil Həsənli AMİP-də olub. Prezident Aparatında vəzifəyə təyin edildiyinə görə, AMİP-ə də xəyanət edib. Daha sonra Əli Kərimlinin "Yurd"unda yer alıb. Əli Kərimlinın Milli Məclisi boykot qərarına isə əhəmiyyət verməyən C.Həsənli 2010-cu il seçkilərində gedib oturdu parlamentdə. Bundan sonra Əli Kərimli onu partiyadan qovdu. Qovulmadan sonra kitablar nəşr etməyə başladı. Həmin kitablarında "İlham Əliyevin liderliyilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib" yazırdı. Cəmil Həsənli elə bir adamdır ki, istənilən vaxt Əli Kərimlini də ayaqları altına atıb, öz maraqlarını qoruyar.

Bəli, bu o Cəmil Həsənlidir ki, 9 illik sədr müavinliyi etdiyi partiyanı bir mandata "satdı" və istefa verdi və vaxtilə hakimiyyətə olmazın ittihamlar irəli sürən C.Həsənli kürsünün istiliyində əriyərək muma döndü. İstədi ki, yenə də 5 il bu kürsüdə qalsın. Amma başa saldılar ki, ay bədbəxt, qalxmaq istəmədiyin kürsü səni yalnız 5 il daşıya bilər. Nəticədə mandatını itirən Həsənli yenidən keçmişinin yanına qayıtdı və 2013-cü il, prezident seçkilərində prezident olmaq sevdasilə Əli Kərimlinin "xaç atalığını" qazana bildi. Bəli, Cəmil Həsənlinin satqınlıq yolu 2015-ci il 1 noyabr parlament seçkilərinə gəlib çıxdı və yenə də satqınlıq yolunun yolçusu olduğunu bir daha göstərməyə başlayıb. Yenə də eyni böhtanlar çox uzun oldu... Ancaq bu faktların bəziləri bəlli olsa da, geniş ictimai rəy onlardan xəbərsiz olub və bu faktları bir daha açıqlamaqla ölkənin oxucu kütləsi kimin kim olduğunu öyrənir və öyrənməkdədir. Yaxşı olardı ki, Cəmil Həsənli heç olmasa bu qoca vaxtında ar edib, əlinə qələm almasın. Ancaq bunu ondan gözləməyə dəyməz. Çünki onun kimliyini 20 illik zaman kifayət qədər göstərib. Bir də qozbeli qəbir də düzəltməz.

R.HÜSEYNOVA

Digər xəbərlər