PDF Oxu

Müxalifət

  • 1 524

“Azadlıq -2015” seçki blokunun aqibəti necə olacaq? AÇIQLAMA

image

""Azadlıq-2015" seçki bloku parlament seçkilərinə yönəlik siyasi blok olaraq fəaliyyət göstərdi. Blokun əsas məqsədi isə parlamentdə təmsil olunmaq idi. Ölkə boyu seçki dairələrindən namizədlər irəli sürsək də, uğur qazana bilmədik. Bundan sonra isə seçki bloku kimi olmasa da yekdil format şəklində fəaliyyət göstərə bilərik". Bu fikirləri SİA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu deyib.Onun sözlərinə görə, blokun tərkibinə daxil olan partiyalar bu müddət ərzində siyasi münasibətlər fonunda birgə çalışıblar: "Bundan sonra fəaliyyət göstərib-göstərməməyimizə gəlincə onu deyə bilərəm ki, bu məsələ blokda olan siyasi partiya sədrlərinin müzakirəsindən sonra tam dəqiqləşəcək".

sia.az

Digər xəbərlər