Partiya sədrinin daha bir obyekti ortaya çıxdı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin növbəti dəfə ifşa olunmasını isbat edən faktlar ortaya çıxıb. Belə ki, hələ bir müddət bundan öncə Cəbhə sədrinin siyasəti biznesə dəyişməsi haqqında çoxsaylı sübutlar ortaya qoyulmuşdu. Dərman peraparatlarından başlayaraq, torpaq sahələrinin satışilə də məşğul olmuş Əli Kərilmi önə sürülən iddiaları təkzib etməsilə əslində, baş verənləri təsdiq etmiş olub. Təkzib edilməyən məsələlərə onun arvadı Samaranın Britaniyadakı biznesini də əlavə etmək mümkündür. Daha dəqiq desək, Əli Kərimli oğlu Tükel Kərimlinin xaricdə aldığı təhsilə görə xərclədiyi məbləği (80 min ABŞ dolları) də məhz biznes şəbəkələri vasitəsilə ödəyib. Əlbəttə ki, burada onun Azərbaycan əleyhinə çalışan Qərb təşkilatlarından da aldığı maliyyələri, o cümlədən, bank maxinasiyalarını da əlavə etsək, onun özü-özünü heç də "kasıb partiya sədri" kimi adlandırması, ümumiyyətlə, inandırıcı görünməz. Bütün bunlar isə inkaredilməz faktlara, sübutlara və dəlillərə əsaslanır.
Əli Kərimli dələduzluqları vasitəsilə dövləti aldatmaqla məşğuldur
Qeyd edək ki, onun Bakıətrafı bölgələrdə villalarının da olması sübuta yetirilib. Hazırda AXCP sədri vaxtının çox hissəsini Bakının mərkəzində yerləşən mənzilində deyil, üçmətrəbəli villasında keçirir. Hətta partiyasının toplantılarının bir çoxunu da orada təşkil edir.
Ancaq bu günlərdə "SƏS" qəzetinə növbəti bənzər faktlar daxil olub. Faktın mənbəsi isə bir müddət öncə məhz Əli Kərimli tərəfindən AXCP-dəki müavinlik postundan, daha sonra isə təşkilat sıralarından çıxarılan Razi Nurullayevdir. Daha dəqiqi, artıq qurultay keçirərək, alternativ AXCP yaradan və ətrafına Əli Kərimlidən narazı olan cəbhəçiləri toplayan Razi Nurullayev rəhbərlik etdiyi siyasi qurumun rəsmi saytı olan "cebhe.info"da bütün kartları açaraq ictimaiyyətə təqdim edib. Beləlkilə bəlli olub ki, Əli Kərimlinin biznes şəbəkəsinə daxil olan obyektlərdən biri də Bakıda fəaliyyət göstərən və Hüseyn Seyidzadə küçəsində yerləşən və bahalı avtomobil ehtiyat hissələri satılan mağazadır. Xarici ölkələrdən gətirilən ehtiyat hissələri baha qiymətə qoyularaq, əhaliyə satılır. O da bəlli olub ki, həmin obyekt sənədlərdə (!-R.N.) Əli Kərimlinin əmisi oğlu Mübariz Kərimliyə məxsusdur. Bu isə, həm də belə deməyə əsas verir ki, Əli Kərimli öz biznesini partiya fəaliyyətindən ayırmaq üçün aşkar şəkildə qanunazidd əməl törədərək, dələduzluq edir. Qısası, dövləti aldatmaqla məşğuldur.
Özünə cangüdən saxlaya-saxlaya, bir neçə xarici istehsallı avtomobilə minə-minə, biznes maraqlarını reallaşdıra-reallaşdıra "imkansızam" deyib, "izlənirəm" sızlayıb, dizinə döyən Əli Kərimli
Ancaq ortada daha bir məqam var ki, bütün bu faktlar ortada ola-ola, o cümlədən özünə cangüdən saxlaya-saxlaya, bir neçə xarici istehsallı avtomobilə minə-minə "imkansızam" deyən Əli Kərimli hələ də ona inanan fərdləri aldadaraq, zaman-zaman gah "Azadlıq" qəzetininin gün işığı görməsi üçün pula ehtiyacının olduğunu dilə gətirir, gah da həmin qəzet üçün dilənçilik missiyaları həyata keçirir. Üstəlik, dövlətdən də maliyyə yardımı tələb edir! Əgər biz Əli Kərimlinin biznes şəbəkələrini və həyat səviyyəsini müşahidə ediriksə, bu zaman onun ağlayıb-sızlamaları, ümumiyyətlə anlaşılmazlıq yaradır. Məsələn, Əli Kərimli ona məxsus olan torpaq sahələrindən birini satıb, "Azadlıq"qəzetinin borclarını ödəyə və üstəlik bir neçə il borcsuz-xərcsiz həmin nəşri çıxara bilər. Ancaq göründüyü kimi bunu etmir, gözünü öz tərəfindən aldadılaraq cəlb etdiyi sadəlövh cəbhəçilərin ciblərinə dikir, "hərəyə bir "Azadlıq" alaq", "5 qəpik" və s. tipli "kampaniyalarla" sözün həqiqi mənasında həyasızlıq nümunəsi sərgiləyir. Bu vasitəylə "qaz vurub, qazan dolduran" Əli Kərimli erməni lobbisinin Qərb təşkilatları vasitəsilə ona buraxdığı pulları vasitəsilə Azərbaycanda həm biznes qurur, həm də "ağlayır".
AXCP Əli Kərimlini yaxından tanıyanlar üçün böyük bir supermarketi xatırladır
AXCP sədrinin biznes şəbəkəsinin yeni üzə çıxan obyektinin sənədləri qohumunun adına olsa da, əsl sahibinin Əli Kərimli olduğu onsuz da kimsədə şübhə doğurmur. Amma onun erməni lobbisi və Azərbaycan əleyhinə işləyən qurumlarla əməkdaşlığını daha bir faktor sübut edir. Yəni biznesinin siyasətdən qaynaqlanması məqamlarına mühacirət biznesini də əlavə etsək, onda...
Beləliklə, Avropada siyasi sığınacaq almaq istəyənlərə AXCP vəsiqəsinin satışı, eləcə də xaricdən aldığı və təyinatı üzrə xərclənməyən qrantlar hesabına maddi imkanını yaxşılaşdıran Əli Kərimli istədiyinə nail olub.
Öz iddiasına əsasən hər dəfə "çox sayda tərəfdarları olduğu" partiyanın adına keçirilən qurultayda hər bir adamın iştirakı üçün xüsusi olaraq (5 manat-R.N.) vəsait ayıran və onlarn əhatəsində özünü "sədr" elan edən Əli Kərimli siyasi partiyaya da kommersiya obyekti kimi baxır. Hazırda Razi Nurullayev Cəbhəsində yer alan şəxslərdən biri də deyib ki, bu gün AXCP Əli Kərimlini yaxından tanıyanlar üçün böyük bir supermarketi xatırladır.
Bütün bunlar isə kifayət qədər sübut edir ki, səfirliklər xarici qapısında pasport davası döyən Əli Kərimli onun arzusu reallaşarsa, biznes şəbəkəsini də, ona inanan sadəlöhv cəbhəçiləri də sataraq ilk növbədə ona bu şəraiti yaradan erməni lobbisinin, Qərb təşkilatlarının qucağına atılacaq. "Siyasi mühacir" kimi. Əlavə şərhə isə ehtiyac qalmır.
Rövşən NURƏDDİNOĞLU