PDF Oxu

Müxalifət

  • 1 742

Sarkisyanın zamanı çatıb

image

Ter-Petrosyan: "Cəhənnəmi gözlə görmək istəyirsinizsə, buyurub Ermənistana gəlin"

"Çoxlarımızın boş əfsanə sandığı cəhənnəm artıq xəyal deyil, əsl həqiqətdir. Bu cəhənnəmi gözlə görmək istəyirsinizsə, buyurub Ermənistana gəlin. Qarşınızda sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli bir mənzərə canlanacaq. Dilənçilərlə dolu küçələr, ağır iqtisadi böhran üzündən gün çörəyinə möhtac qalmış biçarə insanların acı ah-naləsi, ölkəni öz ağuşuna almış işsizlik və səfalət üzündən könüllü surətdə baş verən intiharlar və intihara cəhdlər, sakinləri kütləvi surətdə köçüb getmiş kəndlərdən gecələr eşidilən canavar ulartıları, daha nələr, nələr..."

"Armeniya Today" portalında yer alan bu sözləri Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan ölkədəki mövcud vəziyyəti qiymətləndirərkən deyib. Onu da bildirib ki, "Ermənistanın şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi aclıq və yoxsulluğun caynaqlarında boğulur. Bu gün Ermənistan büdcəsi 7,5 milyard olmalı idi. Hər il həmin sərvətin 5 milyardını Serj Sarkisyan, Tiqran Sarkisyan, onlara qədər isə Robert Koçaryan oğurlayıb. Ölkədəki ağır iqtisadi böhran üzündən 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insan tərk edib. Əksəriyyəti də yüksək ixtisaslı mütəxəssislər, görkəmli yaradıcı ziyalılar və onların ailə üzvləridir. Vaxtilə Stalin insanları zorla Yakutiyaya, Altay və Sibirə sürgün edirdi. İndi isə Serj Sarkisyan əhalini elə dözülməz bir həddə çatdırıb ki, onlar könüllü şəkildə ulu babalarımızın uyuduğu ərazilərə sürgünə gedirlər. Nə qədər ki, Serj Sarkisyan və Robert Koçaryan özləri Ermənistanı tərk etməyiblər ölkə iqtisadi böhran, haqsızlıq və ədalətsizlik bataqlığından qurtula bilməyəcək".

Noyabr Ermənistanda mitinqlər ayı olacaq

Göründüyü kimi, tamamilə iflasa uğrayan Ermənistanda vəziyyət artıq dalana dirənib. Erməni mətbuatının məlumatına görə noyabr ayının 7-dən keçirilən mitinqdə "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatı və "Talana yox" Təşəbbüs Qrupu birgə bəyanat qəbul edərək oturaq etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər. Bəyanatda tələbləri dəyişməz olaraq qalır: elektrik enerjisinin bahalaşması və ölkədə konstitusiya islahatlarının aparılmaması və növbədənkənar prezident seçkilərinin keçirilməsi.

"Talana yox" Təşəbbüs Qrupunun üzvü Andreas Qukasyan aksiya iştirakçıları hakimiyyətə qarşı mübarizədə bu dəfə qətiyyətli olduğunu, mövcud iqtidarın istefaya göndərilməsində israrlı mövqe nümayiş etdirəcəklərini bildirib: "Əvvəlki aksiyalarda hakimiyyət yalan vədlər verdi. Lakin bu dəfə tələblərimiz təmin olunanadək aksiyalarımız davam edəcək".

Demokratik Ermənistan Blokunun (DEB) yeni lideri Kasabet Hartunyanın sözlərinə görə isə, noyabr ayının 19-20-də reallaşan mitinqlərə əlli mindən artıq adamın toplaşacağı gözlənilir: "Mitinqin məqsədi diktatura rejimindən narazılıq və siyasi məhbusların azadlığı, həmçinin maaş sistemində haqsızlıq və rüşvətin halallaşdırılmasına, o cümlədən, siyasi dustaqların səbəbsiz olaraq həbsdə qalmasına etirazımızı bildirəcəyik".

Erməni mətbuatının yazdığına görə, bu mitinqlər Daşnaksütyun Partiyasının Kopenhagen qolunun böyük maliyyə dəstəyi ilə həyata keçirilir: "Onlar da Serjik diktaturasından narazıdırlar. Bu narazılıq erməni xalqının gələcək taleyi ilə sıx bağlıdır".

Kasabet Hartunyan bölgələrdən gəlmək istəyən, ancaq gələ bilməyən insanlar üçün xüsusi avtobuslar təşkil edəcəyini də deyib: "Yeğenadzor, İspitak və Quqarka hətta Sevana belə avtobuslar göndərəcəyik. Bölgələrdən bizə şikayətlər lap çox gəlir. Mitinqlərimizə qatılmaq istəyənlərin sayı-hesabı yoxdur. Diktaturadan narazı olan hər kəs aksiyaya qoşulmağa çalışır. Onlar imkansızlıqdan Yerevan mitinqlərinə gələ bilmədiklərini də deyir".

Erməni mətbuatının yazdığına görə, noyabrın 19-20-də reallaşacaq mitinq günü Levon Ter-Petrosyan və Arsen Hovannisyan ittifaqı da mitinq keçirəcəklərini açıqlamışdı.

Beləliklə, erməni mətbuatının məlumatına görə, noyabr ayı Ermənistanda mitinqlər ayı olacaq. Artıq müxalifət partiyaları da bir araya gələrək, Sarkisyan rejimini devirmək istiqamətində aparılan məsləhətləşmələrə əsasən noyabrın 19-dan başlayaraq, Ermənistanda ümumrespublika mitinqlərinə start veriləcək. Yerevanın "Azadlıq" meydanında keçiriləcək mitinqdə səsləndiriləcək tələb isə Serj Sarkisyanın istefası, Qarabağ klanından olan quldur dövlət adamları da onunla birgə öz istefalarını reallaşdırmalı və konstitutsiyaya islahatlara son qoymaq.

Beləliklə, işğalçı ölkədə siyasi vəziyyət nəzarətdən çıxmaq üzrədir. Ekspertlərin sözlərinə görə, Sarkisyan bu və ya digər mənalarda hakimiyyəti əldən verməmək üçün yenidən xalqa qarşı silah çevirə bilər. Bunu qaniçən prezidentdən gözləməyə dəyər...Lakin xalqın səbir kasası aşıb-daşır. Erməni xalqı bildirir ki, bu, son addımdır. Bir çıxış yolu var - noyabrın 20-si Sarkisyan hakimiyyəti öz quldur dəstəsi ilə istefa verməlidir.

Bəli, gör-gör, kor-kor. Yerevan düşdüyü vəziyyətdən çıxış yolunu tapa bilmir və çətin ki, Ermənistan rəhbərliyi buna nail olsun. Çünki o, mövcud reallığı lazımi səviyyədə qiymətləndirə bilmir. Tez bir zamanda Sarkisyan seçdiyi qeyri-konstruktiv geosiyasi kursun əvəzini ödəyəcək. Ermənistan prezidenti Serj Sarkisyanın təlaşı da göstərir ki, çökmüş işğalçı ölkəni qarşıda bundan daha da ağır günlər gözləyir və həmin gün yaxınlaşır.

A.SƏMƏDOVA

Digər xəbərlər