PDF Oxu

Müxalifət

  • 2 803

Emin Həsənli: “Ermənistan cavabını alacaq” AÇIQLAMA

image

"Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov orduda çox güclü islahatlar aparıb. Ötən ildən etibarən Ermənistan artıq bu gücün təzahürlərini görür". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.Hərbi ekspertin sözlərinə görə, Ermənistan Ağdamda özünün helikopterini itirdi, diversiya qrupları ard-arda məğlubiyyətə uğradı: "İndi də bu proses davam edir. Müdafiə Nazirliyi çoxinformasiyalı bir qurumdur. Nazirliyin qarşı tərəfin planlarından da həmişə məlumatı var. Nazir Zakir Həsənov nəzərdə tutub ki, əgər düşmən bu təxribatlarını davam etdirəcəksə, Azərbaycan ordusunun Ermənistanın ordusundan nə qədər güclü olduğunu görəcək. Ali Baş Komandan, Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, "əgər ölmək istəmirsinizsə, torpaqlarımızdan rədd olun". Bununla yanaşı nazir bir daha bildirib ki, "əgər ermənilər torpaqları sülh yolu ilə azad etməsələr, bizim səbrimiz də tükənməz deyil". Yəni biz müasir ordumuzdan istifadə edəcəyik. Bu gün Azərbaycan bütün parametrlərə görə Ermənistandan üstündür. Regionda sülhü bərpa etməyin yeganə həlli yolu hərbi gücdən keçir. Məhz bu mənada Ermənistan öz layiqli cavabını alacaq".

sia.az

Digər xəbərlər