PDF Oxu

Müxalifət

  • 1 914

Sərdar Cəlaloğludan Eldəniz Quliyevə CAVAB

image

"Milli Şuranın üzvü Eldəniz Quliyevin məni "ədəbaz" adlandırmasında heç bir məntiqi əsas görmürəm". Bunu SİA-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söyləyib.O, bildirib ki, Eldəniz Quliyevin bu cür çıxış etməsinin əsaslı səbəbi yoxdur: "Əvvala onu deyim ki, mən həmin adda insan tanımıram. Əgər onun mənin hər hansı bir fikrimə, ideyama iradı varsa gəlib mənimlə oturub söhbət edə bilər. Hətta lazımdırsa televiziya verilişlərinə də çıxıb sözügedən məsələni müzakirə edə bilərik. Əgər öz subyetiv səbəblərinə görə məni bəyənmirsə, bu onun şəxsi fikridir. Onu da deyim ki, Milli Şuranın mövcudluğundan xəbərim yoxdur. Əgər Milli Şura ona belə bir ixtiyar veribsə ki, bunu başa düşmək olar. Çünki hər hansı təşkilat ona belə bir mövqe ilə çıxış etmək səlahiyyəti verə bilər".Qeyd edək ki, Milli Şuranın üzvü Eldəniz Quliyev Sərdar Cəlaloğlunun dindar olduğuna inanmır. Bildirir ki, əgər o, dindardırsa, bu, formal xarakter daşıyır. Onun dedikləri ədəbazlıqdır. Ədəbazlıq isə nə siyasətçiyə, nə də dindara yaraşır.

sia.az

Digər xəbərlər