PDF Oxu

Müxalifət

  • 3 149

Əli Kərimlidən sərsəm iddia

image

Və ya AXCP sədri seçkidən sonra yenə də özünə "xal toplamaq" eşqinə düşüb

Son günlər parlament seçkilərindən sonra AXCP-də baş verən proseslər təşkilatın sədri Əli Kərimli siyasi sonu yaxınlaşdığını görərək, "Azadlıq"da növbəti sərsəm iddialarla çıxış etməyə başlayıb. AXCP sədri guya hakimiyyət tərəfindən "təxribata" məruz qalacağı barədə sərsəm iddialar irəli sürməklə köhnəlmiş, heç nəyə yaramayan metodlarla siyasi gündəmdə qalmağa cəhd göstərməyə başlayıb. Eyni zamanda, ən acınacaqlısı da odur ki, onun siyasi düşərgədə, o cümlədən, nə AXCP-də, nə də bu təşkilatın dərnəyi qismində nəzərə çarpan "Milli Şura"da belə qədir-hörməti qalmayıb. Səbəb partiyasında müəyyən funksionerlər tərəfindən ciddiliyə alınmamasıdır. Belə bir durumda yenə də köhnə ənənəsinə "sadiq" qalaraq çıxış yolunu sərsəm bəyanatlar verməklə özünə "xal toplamaq"dır. Daha doğrusu, sağ-salamat şəkildə və təzyiqlərdən kənar olaraq, milli dövlətçiliyimizə, xalqımıza qarşı xəyanətkar, satqınçılıq siyasətlərini davam etdirməkdir. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, hələ 2013-cü ilin prezident seçkiləri ərəfəsində "Milli Şura"nın namizədi Cəmil Həsənli guya ona qarşı sui-qəsd "hazırlandığını" iddia etmişdi. Ötən il isə Əli Kərimli guya izləndiyini bəyan edərək, özünün həyatının "təhlükədə" olduğunu bildirmişdi. Ancaq göründüyü kimi, nə Cəmil Həsənli, nə də ki, Əli Kərimli heç bir "təxribatla" qarşı-qarşıya qalmadılar. Necə deyərlər, sağ-salamat şəkildə və təzyiqlərdən kənar olaraq, milli dövlətçiliyimizə, xalqımıza qarşı xəyanətkar, satqınçılıq siyasətlərini davam etdirməkdədirlər. Üstəlik, onlara güldən ağır söz deyən də yoxdur.

Ancaq Əli Kərimli yaxşı anlayır ki, iqtisadi savadsızlığını tam mənada əks etdirən dırnaqarası müsahibəsi onu düşərgədə və ictimai rəydə yetərincə rüsvay edib. Hansı ki, Azərbaycanın müstəqil şəkildə yürütdüyü uğurlu siyasəti baltalamağa çalışan Əli Kərimli həm də bu kimi sərsəm iddiaları ilə bilavasitə xarici ağalarına canla-başla nökərçilik edir. Əbəs yerə deyil ki, ölkəmizin dayanıqlı iqtisadiyyatının mövcudluğuna kölgə salmağa cəhd edən və Əli Kərimlinin birbaşa nəzarət etdiyi "Azadlıq" qəzeti hər zaman qondarma, süni ajiotaj və pafos xarakterli "baxışları" ilə ödənilən məbləğlərin əvəzini verir. Daha dəqiq desək, Əli Kərimli etdiyi nökərçiliyinin əvəzində Qərbdən yüksək və qeyri-rəsmi məvaciblər almaqdadır. Bu, həm də onun və ətrafının pula satılmalarının bariz göstəricisidir. Məhz bu səbəblərdən növbəti dəfə bəlli olur ki, Əli Kərimli bütün mənalarda, əslində, isterik vəziyyətə düşüb. Çünki bu isterika olmasaydı, hazırda "Azadlıq" qəzetindəki məlum və yararsız müsahibələrindən sonra bu qədər təlaş keçirməzdi. İndi Əli Kərimlinin özü də yaxşı anlayır ki, iqtisadi savadsızlığını tam mənada əks etdirən bu dırnaqarası müsahibələri onu düşərgədə və ictimai rəydə yetərincə rüsvay edib. Bəli, bu reallıqdır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər