PDF Oxu

Müxalifət

  • 2 219

Tahir Kərimli: “Milli Şuranın cəmiyyət tərəfindən dəstəyi yoxdur” AÇIQLAMA

image

"Milli Şura öz radikal ambisiyalarını dəyişmədikdən sonra Koordinasiya Şurasını genişləndirməsi belə heç bir müsbət effekt verməyəcək". Bunu SİA-ya açıqlamasında "Vəhdət" partiyasının sədri Tahir Kərimli bildirib.Tahir Kərimli deyib ki, Milli Şura istər adını, istərsə də hansısa zahiri formasını dəyişsin, bu faydasızdır: "Onun Koordinasiya Şurasını genişləndirmək niyyəti əks effekt verəcək. Hətta bu, qurum ətrafında birləşən absurd qüvvələrin belə ondan uzaqlaşmasına gətirib çıxaracaq".Partiya sədrinin sözlərinə görə, xalqımız artıq praqmatikdir: "Xalq artıq yalan vədlərə deyil, real görülən işlərə qiymət verir. Bu vaxtacan ancaq dağıdıcı fəaliyyəti ilə seçilən Milli Şuranın cəmiyyət tərəfindən dəstəyi yoxdur".

sia.az

Digər xəbərlər