PDF Oxu

Müxalifət

  • 1 828

Arif Yunus oxumaq istəyir

image

Köşə

"MTN-in təkadamlıq kamerası yalnız dindarlar üçün yaxşıdır. Onlar o cür yerlərdə Allah yolu naminə əzab çəkdiklərini düşünürlər. Mən isə aliməm, daim yazmaq, oxumaq istəyirdim". Yəqin ki, bu fikrin kimə məxsus olduğunu bilməmiş deyilsiniz. Azadlığa çıxan kimi xislətinə sadiq qalan Arif Yunus bu fikirləri ilə özünü bir o qədər də alçaltmış oldu. Bəs Arif Yunus bu iki cümlə ilə nə demək istəyir? Arifi yaxından tanıyanlar bilirlər ki, o, birinci cümləsi ilə həmişə nifrət etdiyi inanclı insanlara bu dəfə də öz "hörmətini" gizlətməyib. Kişi "alim adam" imiş, guya bundan başqa heç kim kitab oxumur və dindarların da kitab-dəftərdən xəbəri yoxdur. İnsanları bu qədər ucuz tutmaq olmaz, bir arvadına sahib çıxa bilmədin. 1992-ci ildən Müdafiə Nazirliyinin zabitlərinin qucağında oyuncağa çevrilən Leylanın Arifi olmaq da ağır dərd imiş, elə bəlkə buna görə də həbsxanada olanda ona Məcnun kimi sarılmışdın. Baxma da, insanın qeyrət hissləri həmişə oyaq olmur axı. Olsa idi, dövlətinin maraqlarını satmağı özünə rəva bilməzdi. Amma arvadını satanlar üçün dövlətinin maraqlarını satmaq su içmək qədər asandır. O ki qaldı inanclı insanları dörd divar arasında bayquş kimi təsəvvür etmək. Uşaqlıqdan erməni loxması ilə böyümüsən, bizlər dinimizlə doğulub, imanımıza bələnəndə sən "yanların ocağında" türkə nifrət eşidirdin. Sən həbs ediləndə cəbhənin "dindarları" sinələrini cırırdılar, sənə görə tumanlarını başlarına çevirib bütün övrət yerlərini bayırda qoymuşdular. Sənsə, həbsxanadan çıxan kimi dindarlarla özün arasındakı "fərqlərdən" danışdın. Bəs hanı səni müdafiə edən o dindarlar? Sənə cavab verməyəcəklərmi? Arif həqiqətmi zindanı sizlərə rəva görür və həqiqətənmi sizlərin kitablardan, oxumaq-yazmaqdan xəbəriniz yoxdur?

Hacı İlqar İbrahimoğlu saqqalını bir az da uzatmışdı ki, Arif həbsdədir, matəm saxlayırdı. Az qalırdı ki, hadisələrdən Arif və Leyla Yunuslara bəraət çəpəri hörsün. Bəs İlqar niyə Arifə cavab vermir? Görünür ki, o da özünü kitabsız, yazı-pozusuz hiss eləyir. Həbsxanadan yeni çıxan adam nəyəsə sevincli olur, ayağını azadlığın kandarına qoyan kimi əksər hallarda gic-gic şeylərdən danışırlar. İndi Arif də özünü "alim", "ziyalı" kimi göstərməyə cəhd eləyib. Ümumiyyətlə, bu adamın ixtisası nədir, bilən varmı? "Azadlıq" qəzeti Arifin adını "azadlıq" tələb edən səhifədən silməli idi, silməyib. A kişilər, Arif dünəndən azadlıqdadır, bütün etiraz və ehtiraslarınızı saxlaya bilərsiniz.

Samir

P.S. "Səs" qəzeti məndə var. Xaricdə tələbələr qarşısında çıxış edəndə həmin qəzetdə bizim barəmizdə yazılan yazıları göstərirdim. Yazırdılar ki, Leyla Yunus və Arif Yunus ermənilərə satılıb". Bu insan "Səs"i hələ də unuda bilməyib, həbsdən çıxan kimi yapışıb bu qəzetin yaxasından əl çəkmir. Hələ bir xarici tələbələr qarşısında "Səs"dən sitatlar da gətirirmiş. Ermənilər də sizin qəzetləri götürüb bizi, millətimizi və dövlətimizi ittiham edirlər.

Digər xəbərlər